Bakıda silahlı şəxs tutuldu

Bakıda silahlı şəxs tutuldu
Загрузка...
Bakıda qanunsuz olaraq üzərində odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.
Bu barədə virtualaz.org-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, respublikanın daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonunda qeydiyyatda olan Əli Məhərrəmovun üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman sandıqçasında 3 ədəd patron olan "TT” markalı tapança aşkar olunaraq götürülüb. Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti