Bakıda "Rahat" marketdən oğurluq edilib - VİDEO Bakıda

Bakıda
Загрузка...
 "Rahat” marketlər şəbəkəsinin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi, 7 ünvanında (Papanin) yerləşən filialında oğurluq hadisəsi baş verib. "Report” xəbər verir ki, hadisə yanvar ayının 3-də gecə saat 04:21 radələrində qeydə alınıb.
Təqribən orta yaşlı naməlum şəxs Hərbi Hospitalla üzbəüz yerləşən marketin şüşəsini daşla qıraraq içəri daxil olub. Özü ilə 29 ədəd siqaret, 8 ədəd saqqız, 2 energetik içki və bir kassa aparatını götürən şəxs ərazidən uzaqlaşıb.
İlkin qiymətləndirməyə görə, market sahibinə 337 manat dəyərində maddi ziyan dəyib Hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis bölməsinə məlumat verilib. Ərazidə olan hüquq-mühafizə orqanları əməkdaşları marketdən təqribən 30 metr aralıda oğurlanmış kassa aparatını yararsız vəziyyətdə aşkar ediblər. Faktla bağlı araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti