Bakıda qadınları soyan Qazaxıstan vətəndaşına iş kəsildi

Bakıda qadınları soyan Qazaxıstan vətəndaşına iş kəsildi
Загрузка...
Bakıda quldurluq və soyğunçuluq cinayətləri törətməkdə təqsirli bilinən Qazaxıstan vətəndaşı Alı Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. "Ölkə.Az” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Alı Tağıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Alı Tağıyev ötən il iyunun 3-də saat 18 radələrində Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Ülkər Rəhimovaya zor tətbiq edərək onun qızıl boyunbağısını əlindən alıb. Nəsimi rayon Polis İdarəsi və ərazidə olan Əlahiddə Çevik Polis Alayının əməkdaşlarının operativ şəkildə birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Alı Tağıyev hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin həmin gün Nəsimi rayonu ərazisində Dilarə Qəniyeva adlı başqa bir qadını da döyərək onun qızıl qoyunbığısını quldurluq yolu ilə ələ keçirdiyi də məlum olub. Daha sonra Alı Tağıyevin paytaxtın Nəsimi və Nərimanov rayonları ərazisində qadınlara qarşı ümumilikdə 3 quldurluq və 2 soyğunçuluq cinayəti törətdiyi də məlum olub.
Загрузка...
Загрузка...

Xəbər lenti