Bakıda qadının telefonunu zorla əlindən alan keçmiş məhkum tutulub

Bakıda qadının telefonunu zorla əlindən alan keçmiş məhkum tutulub
Загрузка...
Bakıda oğurluq və soyğunçuluq edən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Criminal.az-a verilən məlumata görə, Yasamal Rayon Mühafizə İdarəsinə ərazidəki qorunan marketlərin birindən həyəcan siqnalı daxil olub. Dərhal 2-ci Alatava yaşayış sahəsindəki həmin ünvana gələn idarənin əməkdaşları oradan oğurluğa cəhd edən şəxsi cinayət başında yaxalayaraq 29-cu Polis Şöbəsinə təhvil veriblər.
Şöbədə aparılan araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Zeynalov olduğu müəyyən edilib. Aprelin 6-da Yasamal rayonunun A.Şərifzadə küçəsində bir qadına qarşı zor tətbiq edərək soyğunçuluq yolu ilə mobil telefonunu almaqda şübhəli bilinən şəxs 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Pərvin Aslanov olduğu müəyyən edilib. Faktlarla bağlı araşdırmalar aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti