Bakıda məşhur həkimin evinə basqın edənlər tutuldu

Bakıda məşhur həkimin evinə basqın edənlər tutuldu
Загрузка...

Azərbaycanda məşhur həkimin evinə basqın edən şəxslər saxlanılıblar. Report-a istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində uroloq, professor Kamal Abdullayev və həyat yoldaşına qarşı quldurluq edən 4 nəfər tutulub.

Saxlanılan şəxslər Anar Əmirli, Elməddin Musayev, Natiq Musayev və Bəhruz Hacızadədir.

Fakt üzrə Binəqədi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Xatırladaq ki, quldurluq hadisəsi bu il iyulun 29-da baş verib. Naməlum şəxslər K.Abdullayevin Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki evinə daxil olaraq, məşhur uroloqun və həyat yoldaşının əl-qollarını bağlayıb, işgəncəyə məruz qoyublar. Quldurlar evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar. 

Criminal.az

Digər maraqlı xəbərlər Criminal.az-ın Facebook səhifəsində

Maraqlı foto, video və şikayətlərinizi bizə göndərin: +994 70 288 82 72, [email protected]

Загрузка...
Загрузка...

Xəbər lenti