Bakıda tikinti şirkətinin sahibi dələduzluqda ittiham olunur

Bakıda tikinti şirkətinin sahibi dələduzluqda ittiham olunur
Загрузка...
Binəqədi Rayon Məhkəməsində dələduzluqda ittiham olunan şəxslərlə bağlı məhkəmə prosesi başlayıb. "Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin 178.2.1-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən Məhərrəmov Elmir Məmməd oğlu və bir qadının məhkəmə prosesinə hakim Mirheydər Zeynalov sədrlik edir. Cinayət işində zərərçəkən qismində Xəlilov Tural Tahir oğlu tanınıb.
Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsində dələduzluqla bağlı cinayət işi 2 ildir başlasa da, rayon məhkəməsinə 2 aydır göndərilib. Belə ki, təqsirləndirilən E. Məhərrəmov tikinti şirkətinin sahibidir və T.Xəlilovdan ev satmaq adı ilə pul alıb. Ancaq istintaq dövründə zərərçəkmişə dəymiş ziyan ödənilib və o, E.Məhərrəmovdan şikayətçi deyil. Məhkəmə prosesi davam edir. Təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbiri seçilməyib.
Загрузка...
Загрузка...

Xəbər lenti