Bakıda məktəb binası yandı, 560 nəfər təxliyə olundu

Bakıda məktəb binası yandı, 560 nəfər təxliyə olundu
Загрузка...
Bu gün Qaradağ rayon Sahil qəsəbəsində 273 saylı orta məktəbdə yanğın olub. Sputnik Azərbaycan xəbər verir ki, yanğının qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir. Hadisə ilə bağlı məktəbə və yaxın evlərə elektrik enerjisinin verilməsi dayandırılıb. Qəsəbə sakinlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb. Uşaqlar təxliyə edilib və yanğın söndürülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə isə, mayın 10-da saat 13:05 radələrində Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə yanğın hadisəsi qeydə alınıb. Yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib. Məktəbdən şagirdlər təxliyə olunub, xəsarət alan yoxdur. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da hadisə yerində olub. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimala görə yanğın qısaqapanma nəticəsində baş verib. Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda 273 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 5300 m² olan ikimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisinə yığılmış 15 ədəd mebel avadanlığı (stol və parta) yanıb.
Yanğın zamanı 560 nəfər (160 nəfər işçi heyəti və 400 nəfər şagird) yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Загрузка...
Загрузка...

Xəbər lenti