Naxçıvanda başlanan mübahisə Bakıda qanla bitdi

Naxçıvanda başlanan mübahisə Bakıda qanla bitdi
Загрузка...
Bakıda orta yaşlı kişi bir neçə nəfər tərəfindən döyülərək bıçaqlanıb.
"Report"un məlumatına görə, 40 yaşlı Həsənov Ramin Həsən oğlu Naxçıvan şəhərində olarkən onunla tanıdığı şəxslər arasında mübahisə yaranıb. O, Bakıya qayıtdıqdan sonra paytaxtın Nizami rayonu ərazisində yerləşən iaşə obyektlərinin birində həmin şəxslərlə (2 nəfə) mübahisəsini davam etdirib. Mübahisəyə Naxçıvandan gələn daha iki nəfər qoşulub.
Nəticədə həmin şəxslər R.Həsənovu döyərək, onun başına xəsarətlər yetiriblər. Dava zamanı habelə onun sol ayaq sümüyü sındırılıb, sağ baldırı bıçaqlanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti