Bakıda gənc oğlan yol qəzası nəticəsində komaya düşdü

Bakıda gənc oğlan yol qəzası nəticəsində komaya düşdü
Загрузка...
Paytaxtın Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report” xəbər verir ki, 1995-ci il təvəllüdlü Kərimov Nurlan Əflatun oğlu NZS qəsəbəsində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub. Yaralı koma vəziyyətinə düşüb. O, "təcili yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxananın Reanimasiya şöbəsindən verilən məlumata görə, onun vəziyyəti ağırdır.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti