Bakı polisindən mitinq açıqlaması: "1000 nəfərədək insan..."

Bakı polisindən mitinq açıqlaması:
Загрузка...
Bakı Şəhər Baş Polis İdarəsi aprelin 14-də Milli Şuranın keçirdiyi mitinqlə bağlı məlumat yayıb. İdarədən Criminal.az-a daxil olan məlumatda bildirilir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.
"Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, "NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1000 (min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib. İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb”. 
Загрузка...
Загрузка...

Xəbər lenti