Bakı çörəkləri Sumqayıtda niyə mağazalarda deyil yolda satılır?

"Bir həftədir ki, bizi incidirlər, sıxırlar. Tələb edirlər ki, Sumqayıta "Binə” çörəyi verməyin”.
Bakıdakı "Binə” çörək zavodunun satıcısı, hər gün səhər paytaxtdan Sumqayıtdakı dükanlara, ictimai iaşə müəssisələrinə çörək daşıyan Sədayıl Babazadə belə deyir.
Onun bildirməsinə görə, Bakıdan Sumqayıta gətirilən çörəklərə "post” qoymağa başlayıblar.
"Bizi dükanlara buraxmırlar, deyirlər olmaz. Maşınlarımızı tutub cərimə meydançasına aparırlar. Bu gün, yanvarın 8-i yenə çörək gətirmişik, dükanlara getmişik. Deyirlər ki, qorxuruq, bizi sıxırlar, götürə bilmərik. Kim sıxır, niyə sıxır, bunu bizə açıq demirlər”, – satıcı deyir.
S. Babayevin sözlərinə görə, şəhərdə bəzi insanlar isə onların çörəklərini axtarır.
"Məcbur qalıb, maşından çörək satırıq”, – S.Babazadə əlavə edir.
"Binə” çörək zavodunun başqa bir işçisi Fuad Sadıqov da onlara Sumqayıtda qadağa qoyulduğunu bildirir.
"Marketlərə gedirik, deyirlər ki, sizin çörək olmaz. Guya, icradan deyiblər. Marketin qabağında maşını saxlamaq da olmur, yol polisi gəlir, deyir, olmaz! Aparıb çörəklə dolu maşını cərimə meydançasına qoyurlar. Mən ac qalmalı deyiləm ki, mənim ailəmə də çörək lazımdır. İnsanlar məndən soruşurlar ki, marketlərə niyə çörək vermirsiniz?”
F.Sadıqov dolu maşını göstərib vurğulayır ki, çörəkləri heç bir market qəbul etmir.
"Halbuki, son günlərədək belə deyildi, rahatlıqla çörək qəbul edirdilər. Bütün qaydalara əməl edirik, əlcəklərdən istifadə edir, maşını təmiz saxlayırıq, çörəklərimiz də kağızda qablaşdırılıb. Bu gün 2200 çörək götürmüşəm, demək olar ki, hamısı maşındadır”, – deyən çörək satıcısı əlaqəli qurumların problemə əl qoyacağına ümid edir.
"Qoy yan-yana düzsünlər, alıcı özü seçsin. Elə deyilmi”?
Sumqayıt sakinlərindən bəziləri də narazılıqlarını bildirirlər. Özünü Cəmşid İsmayılov kimi təqdim edən sakin:
"Axı, niyə buraxmırlar? Qoy yan-yana düzsünlər, alıcı özü seçsin. Elə deyilmi?”
Başqa sakinlər də seçim imkanlarının əllərindən alındığını deyirlər:
"Biz müştəri olaraq bilmək istəyirik ki, "Binə” çörəyi Sumqayıt mağazalarına hansı əsasla buraxılmır?”
Ancaq market sahibləri bu mövzuda danışmaq istəmirlər.
Adının açıqlanmasını istəməyən bir market sahibləri isə iddia edir ki, onlara Bakıdan gətirilən çörəklərin satışa buraxılmaması barədə Sumqayıt şəhər İcra Hakimiyyəti xəbərdarlıq verib.
İcra Hakimiyyəti nə deyir?
Bütün bu deyilənlərə Sumqayıt Şəhər İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb. Ancaq bəzi yerli saytlarda bu məsələ ilə bağlı İcra Hakimiyyətinin münasibəti əks edilib.
İcra hakimiyyətinin mətbuat xidmətindən bildirib ki, Sumqayıtda Bakıda istehsal olunan çörək satılır. Mətbuat xidmətindən bildirildiyinə görə, Bakı çörəyinə qadağa qoyulması ilə bağlı deyilənlər həqiqət deyil.
Xəbər lenti
-
01:21Torontoda mikroavtobus piyadaları əzib – FOTO + VİDEO
-
01:08Çinli attraksiondan yıxılıb öldü – VİDEO
-
22:38Nazir nəvəsi Bakıda yaşayış binasının 2-ci mərtəbəsində restoran açdı- Hər gecə dava düşür+VİDEO
-
22:10Azərbaycanda daha iki məhşur vəkilin fəaliyyəti dayandırıldı
-
21:55''Öz polislərini öldürəcək qədər çirkin olan bu hakimiyyət məni cəzalandırmaq istəyir''
-
21:13Hüseyn Abdullayevin həbsi ''adam oğurluğudur''
-
21:01Dövlət Gömrük Komitəsinin yeni sədri kimdir?
-
20:01Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini itirdi
-
19:57İlham Əliyev yeni ekologiya nazirini təyin etdi
-
19:49Prezident yeni üzvlər təyin etdi - Kimlər qaldı, kimlər getdi
-
19:04Həbsdə olan jurnalistin səhhəti pisləşib
-
18:35"Ağrılarıma görə çəkirdim" - Narkotiki paltaryuyan maşında gizlədən şəxs
-
18:21Yeni səhiyyə naziri olacaq şəxsin kimliyi bilindi
-
18:04Ceyhun Bayramov təhsil naziri təyin olundu
-
17:35DTX-nin 1 milyonluq iddiası təmin edildi, MTN generallarının rütbələri əllərindən alındı
-
17:13Serj Sarkisyanın ermənilərə son müraciəti
-
17:10Bakı metrosundakı dəhşətli hadisə ilə bağlı YENİ FAKTLAR
-
17:09Müalicə mərkəzi qanunsuzluğa görə yol polisini məhkəməyə verdi
-
16:29Serj Sarkisyan istefa verdi - SON DƏQİQƏ
-
16:23Natəvan Mirvətova azadlıqda: qalan generallar həbsxanaya göndərildi
-
16:21Taleh Bağırov: 'Bu hakimiyyət məndən əl çəkmir'
-
16:15Nikol Paşinyan azadlığa buraxıldı
-
16:13Rusiyada azyaşlını döyən azərbaycanlı imiş - VİDEO
-
16:03Sabiq MTN generalı Sübahir Qurbanova 14 il həbs verildi
-
15:23Hüseyn Abdullayevin vəkili: "Çox təəssüf ki, onu mən özüm də bilmirəm'' [Audio-müsahibə]
-
15:17OMON-çu məhbus aclıq aksiyasına başladı
-
15:12“HANSI ÖLKƏDƏ DÖVLƏT MƏMURU 23 İL İŞLƏYİR?” – Abid Şərifov
-
14:55Keçmiş icra başçısı vəfat etdi
-
14:32Köçkün qadının iki villasını mənimsəyən Nazim Əskərovu qoruyan rəis kimdir?
-
11:54Bakıda generallara hökm oxunur
-
11:30''Quska'' Bakıya qolları qandallı gətirildi - HAVA LİMANINDAN GÖRÜNTÜ
-
10:50Türkiyədə həbs edilən “Quska” Vergilər Nazirliyinə təhvil verildi
-
10:41Bakıda DƏHŞƏT: Qayınatasını vəhşicəsinə öldürdü
-
10:09Şimali Koreyada qəza: Onlarla ölən var
-
10:06"Quska" ilk dəfə buna görə həbs edilmişdi - Milli Məclisdə əlbəyaxa döyüş + VİDEO
-
09:58Bakının əsas yolunda böyük tıxac var - VİDEO
-
09:50Ermənilər Gürcüstanla sərhəd yolunu bağladılar
-
09:36Dörd nəfəri öldürmüş çılpaq kişi Trampla görüşməyə cəhd edibmiş
-
09:10Yardımlı sakini ata və oğul tərəfindən baltalanıb - FOTO
-
08:40Eldar Mahmudov məhkəmə burulğanında
Digər xəbərlər
-
Cəmiyyət
Dövlət Gömrük Komitəsinin yeni sədri kimdir?
-
Cəmiyyət
Həbsdə olan jurnalistin səhhəti pisləşib
-
Cəmiyyət
“HANSI ÖLKƏDƏ DÖVLƏT MƏMURU 23 İL İŞLƏYİR?” – Abid Şərifov
-
Manşet, Cinayət, Cəmiyyət
Köçkün qadının iki villasını mənimsəyən Nazim Əskərovu qoruyan rəis kimdir?
-
Video, Cəmiyyət
"Quska" ilk dəfə buna görə həbs edilmişdi - Milli Məclisdə əlbəyaxa döyüş + VİDEO
-
Cəmiyyət
İşdən çıxarılan Abid Şərifov: ''Allah İlham Əliyevə can sağlığı versin''
-
Foto, Cəmiyyət
Bakı Şəhər İcra Hakimiyyətində xanım rəhbər - FOTO
-
Manşet, Cəmiyyət
AZƏRBAYCANIN ƏN GƏNC NAZİRİNİN QEYRİ-ADİ BİOQRAFİYASI – Atası məhşur polkovnikdir
-
Cəmiyyət
“Əmlak kralı”nın taleyi necə olacaq? — Qohumluq əlaqələri işə yaramadı