Azərbaycanlı məmurun ölkəyə gətirdiyi bitkoin avadanlıqları sərhəddə saxlanıldı - VİDEO

13 Yanvar 2018, 01:44
13 Yanvar
2018
01:44
430
Загрузка...
Kriptovalyuta "ehtirası” bütün dünyanı ağuşuna aldığı bir vaxtda azərbaycanlı məmurlar da virtual pullara çatmaq üçün hərəkətə keçiblər. Ölkəyə kriptovalyuta istehsalı üçün lazım olan xüsusi avadanlıqlar daşınmağa başlanıb.
"Yeni Müsavat”a daxil olan məlumata görə belə avadanlıqların bir partiyasını da hazırda yüksək vəzifə tutan məmurlardan biri ölkəyə gətirmək istəyib.
Lakin avadanlığı lazımi qaydada rəsmiləşdirməkdən yan keçmək, kriptovalyuta - bitkoin sikkələri istehsalı ilə məşğul olduğunu gizlətmək üçün fənd işlədib.
Bu isə ümumilikdə avadanlığın sərhəddə ilişib qalmasına səbəb olub. Belə ki, avadanlıq adi kompyuter avadanlığı kimi rəsmiləşdilib. Sərhəddə müvafiq yoxlamalar zamanı isə məlum olub ki, avadanlıq hissələrə sökülmüş bitkoin fermasıdır. Fermanın ümumi dəyərinin 20 min manata yaxın qiymətləndirildiyi barədə də məlumat var. Avadanlığın 1 ay ərzində 3-5 bitkoin istehsal gücünün olduğu da bildirilir. Ümümdünya torunda belə avadanlıqların satışı, qiymətləri, texniki xidmət, avadanlığın gücündən asılı olaraq nə qədər gəlir gətirməsi, quraşdırılması və s. məsələlərlə bağlı çoxsaylı videolar var.
Azərbaycanlı məmurun ölkəyə gətizdirmək istədiyi bitkoin fermasının hansı şəkildə olması, quraşdırılması haqda videonu da təqdim edirik:
Hazırda əsasən "Bitmain Atnminer S9” avadanlığına böyük tələbatın olduğu haqda da məlumatlar var. Həmin avadanlığın hansı texniki vasitələrdən ibarət olması haqda bilgiləri diqqətə çatdırmazdan əvvəl qeyd edək ki, bitkoin 17 dekabr 2017-ci tarixində 20 min 078 dollar satış qiyməti ilə tarixi bir rekord qırdı. Halbuki 2-3 il əvvəl isə 1 bitcoin 1-2 dollara bərabər idi. Düzdür, tarixi maksimuma çatdıqdan sonra kriptovlyuta bir qədər zəifləyib və hazırda 1 bitcoin 17 min dollar civarında qərarlaşıb.
"Bitkoin nədir” deyə maraqlanırsınızsa invest.az-ın təqdim etdiyi aşağıdakı məqalədə ətraflı məlumat əldə edə bilərsiniz.
Bitkoin Azərbaycanda yeni populyarlaşmağa başlayıb. Xarici ölkələrdə isə pulun gələcəyi olaraq tanınır. Ölkəmizdə də tədricən tanınan bitkoin, rəqəmsal dünya üçün əlverişli bir valyuta növüdür. Bu valyutaya heç bir mərkəzi olmayan virtual valyuta deyə bilərik. Satoshi Nakamoto tərəfindən 2008-ci ildə yaradılan bu valyuta qlobal bazarlarda dollar və avroya alternativ olaraq təqdim edilir.
Bitkoinin ən vacib xüsusiyyəti ondan ibarətdir ki, mərkəzi bank da daxil olmaqla hər hansı bir dövlət qurumu tərəfindən idarə olunmur. Buna görə də, valyutaların qiymət hərəkəti bitkoinə heç vaxt təsir etmir. Onun dəyəri bazarda tələb və təklif şərtləri ilə müəyyən edilir. Tələb artdıqca, qiyməti artır, azaldıqda isə dəyəri aşağı düşür. Bitkoin virtual dövriyyəsi olan bir valyuta olduğundan, insanların öz şəxsiyyətlərini açıqlamadan pul göndərməyinə imkan verir. Bu sistem sizin şəxsiyyətinizi tamamilə məxfi saxlayaraq, İnternet üzərindən alış-veriş və ya investisiya etmək imkanı verir.
Bitkoin necə istehsal edilir?
Bu sual "Bitcoin nə deməkdir?” sualından sonra soruşa biləcəyiniz ən vacib məsələdir. Çünki pullar dövlətlər tərəfindən dövriyyəyə verilir və Bitkoinin dövlətlərlə heç bir əlaqəsi yoxdur. Bəs bitkoin necə istehsal olunur və bunu kim edir? Əlbəttə ki, kompüterlər. Bitkoin istehsalına "mayninq” (mining) deyilir. Virtual "mayninq” üsulu ilə verilmiş 16 simvolu kodlaya bilən kompüterlər bitkoin qazanır.
Bitcoin necə qazanılır?
İlk olaraq heç bir məbləğ ödəmədən bitkoin hesabı açmalısınız. Virtual cüzdanınızı (birdən artıq virtual cüzdan yarada bilərsiniz) yaratdıqdan sonra bitkoin şəbəkəsinin əməliyyatlarını təsdiqləmək üçün kompüterlərdə riyazi əməliyyatlar etməlisiniz. Bitkoin üçün bilik və kompüterinizə güvənməlisiniz. Bitkoin əməliyyatları kompüterinizin təchizatı ilə aparılır. Kompüteriniz nə qədər güclü olsa, performansınız o qədər yaxşı olacaq. Bitkoin əməliyyatları üçün xüsusi olaraq hazırlanmış sistemləri ala və ya icarə götürə bilərsiniz. Bu barədə bilmədiyiniz halda, mövcud "mayning hovuzlarına” (bitkoin hovuzları kimi tanınır) qoşulmaqla gəlirinizi artıra bilərsiniz. "Mayning hovuzları” olduqca çoxdur. Ümumiyyətlə, bir blokdan daxil olan ümumi gəlirlər hovuz iştirakçıları arasında xüsusi formula əsasında paylanılır. Bir növ kompüterinizin gücünü digər istifadəçilərlə birləşdirərək qazanacaqsınız. Bitkoin əldə etmək üçün mövcud pulunuzu müəyyən bir valyuta məzənnəsindən dəyişə bilərsiniz və ya bitkoin-satan sistemlərdən birbaşa əldə edə bilərsiniz. Bitkoin ilə yanaşı Ethereum, Ripple, Monero, Zcash kimi bir çox kriptovalyutalar da məşhurluq qazanmaqdadır.
Загрузка...
Xəbər lenti
-
15:17OMON-çu məhbus aclıq aksiyasına başladı
-
15:12“HANSI ÖLKƏDƏ DÖVLƏT MƏMURU 23 İL İŞLƏYİR?” – Abid Şərifov
-
14:55Keçmiş icra başçısı vəfat etdi
-
14:32Köçkün qadının iki villasını mənimsəyən Nazim Əskərovu qoruyan rəis kimdir?
-
11:54Bakıda generallara hökm oxunur
-
11:30''Quska'' Bakıya qolları qandallı gətirildi - HAVA LİMANINDAN GÖRÜNTÜ
-
10:50Türkiyədə həbs edilən “Quska” Vergilər Nazirliyinə təhvil verildi
-
10:41Bakıda DƏHŞƏT: Qayınatasını vəhşicəsinə öldürdü
-
10:09Şimali Koreyada qəza: Onlarla ölən var
-
10:06"Quska" ilk dəfə buna görə həbs edilmişdi - Milli Məclisdə əlbəyaxa döyüş + VİDEO
-
09:58Bakının əsas yolunda böyük tıxac var - VİDEO
-
09:50Ermənilər Gürcüstanla sərhəd yolunu bağladılar
-
09:36Dörd nəfəri öldürmüş çılpaq kişi Trampla görüşməyə cəhd edibmiş
-
09:10Yardımlı sakini ata və oğul tərəfindən baltalanıb - FOTO
-
08:40Eldar Mahmudov məhkəmə burulğanında
-
08:25Bakıda kütləvi dava: kişi öz əmisini bıçaqlayıb
-
02:36Arvadını kişi ilə yataqda tutan kişi: Bağışlayın narahat etdim – ŞOK VİDEO (+18)
-
02:3218 yaşlı gənc itkin düşdü - VİDEO
-
02:22İlham Əliyev yeni komitə sədri təyin etdi
-
02:18“Atena”-nın ixtisar olunan işçiləri aksiya keçirdi - FOTO
-
00:28Hacıbala Abutalıbov vəzifəsindən azad edilib
-
00:20Kral sarayı yaxınlığında atışma - Salman qaçdı + Video
-
23:22Abid Şərifov xəstəxanaya yerləşdirildi – SON DƏQİQƏ
-
23:02''Quska'' həbs edilərək Azərbaycana gətirildi
-
22:4246 qızı zorladığı iddia olunan falçı azadlıqda: “Özümü asmaq istəyirdim... “
-
22:40Goranboyda avtomobil qəzası: Yaralılar var
-
22:20İraq vətəndaşını qarət edən “bar qızları” məhkəmə qarşısında
-
22:18Yerevan qaynayır: polis yüzlərlə etirazçını saxlayıb - VİDEO
-
22:04İran ABŞ-a xəbərdarlıq edib
-
21:32Qondarma rejim Azərbaycanın təmas xəttinə qüvvə cəmlədiyini deyir (Video)
-
19:32“Tehran cəlladı” həbs edilib
-
19:24Yeni ''Qaçqınkom'' məhşur prokurorun oğludur - ATASI İLƏ BAĞLI İLGİNC FAKT
-
18:55İşdən çıxarılan Abid Şərifov: ''Allah İlham Əliyevə can sağlığı versin''
-
18:47Bakı Şəhər İcra Hakimiyyətində xanım rəhbər - FOTO
-
17:31AZƏRBAYCANIN ƏN GƏNC NAZİRİNİN QEYRİ-ADİ BİOQRAFİYASI – Atası məhşur polkovnikdir
-
17:01Çılpaq kişi insanları atəşə tutdu: Ölənlər var
-
16:20"Pokrovka Məhərrəm” kimi tanınan biznesmenin həbsinə səbəb olan VİDEO
-
16:02İŞİD Kabili qana boyadı: Partlayışda xeyli ölən var
-
13:32Ata doğma qızı ilə cinsi əlaqədə olub və... onu satıb
-
13:21Bakı metrosunda faciə: Özünü qatarın altına atdı
22 Aprel 2018
Digər xəbərlər
-
Manşet, Video, Hadisə
Azərbaycanda xəstə uşağa təcili yardım çağırdılar, həkimlər ''Jiquli''də gəldi - VİDEO
-
Manşet, Video, Hadisə
Bakıdakı ''Rahat'' supermarketdə çörək oğurlayanı döydülər: ''Qaçsan ataram....'' – VİDEO
-
Manşet, Video, Hadisə
ATƏT missiyasına hücum olundu - CANLI
-
Manşet, Video, Hadisə
Almaniyadakı aksiyada Tural Sadıqlıya hücum edildiyi bildirilir - VİDEO
-
Manşet, Video, Hadisə
İlham Əliyevə səs verib özlərinə Şəhidlər Xiyabanında od vurdular - VİDEO
-
Manşet, Video, Hadisə
Gürcü polisi azərbaycanlı sürücünü bir sözünə görə qandalladı - VİDEO
-
Manşet, Video, Hadisə
Bakıda avtomobil toqquşmadan sonra alışdı, sürücü yandı – VİDEO
-
Manşet, Video, Hadisə
Azərbaycanlı müğənni əri tərəfindən vəhşicəsində döyüldü (VİDEO)
-
Manşet, Video, Hadisə
"Pokrovka Məhərrəm" azadlığa çıxdı - VİDEO