Azərbaycanlı biznesmen Dubayda məhkəməni uddu - ''LUNA'' TATYANANIN ƏLİNDƏN ÇIXDI Azərbaycanlı biznesmen Dubayda məhkəməni uddu - ''LUNA'' TATYANANIN ƏLİNDƏN ÇIXDI

Azərbaycanlı biznesmen Dubayda məhkəməni uddu - ''LUNA'' TATYANANIN ƏLİNDƏN ÇIXDI
Загрузка...
 İki gün əvvəl-mayın 9-da Dubayın Beynəlxalq Maliyyə Mərkəzinin məhkəməsi (DİFC) azərbaycanlı biznesmen Fərhad Əhmədovun "Luna” adlı yaxtasına onun keçmiş arvadının xeyrinə həbs qoyulması işi üzrə apelyasiya şikayətinə baxıb. "Gazeta.ru”ya istinadən xəbər verir ki, apelyasiya məhkəməsi Fərhad Əhmədovun keçmiş arvadının və onun hüquqşünaslar ordusunun yaxtaya dair arqumentlərini rədd edib, biznesmenin vəkillərinin arqumentlərini haqlı sayıb. Xəbər verildiyi kimi, Əhmədovun dəyəri 540 milyon dollar olan yaxtasına London məhkəməsinin çıxardığı qərar əsasında bu ilin fevralında Dubayın "Port Rashid” limanında DİFC məhkəməsi tərəfindən həbs qoyulmuşdu. 

London Yüksək Məhkəməsi 2016-cı ilin sonlarında F.Əhmədovu keçmiş arvadı Tatyana Əhmədovanın iddiası əsasında ona 600 milyon dollardan çox təzminat ödəməyə məhkum edib. Lakin biznesmen özünün və vəkillərinin iştirakı olmadan çıxarılan bu qərarı tanımadığını, təzminat ödəməyəcəyini bildirib. Və bu ilin əvvəllərində məhkəmə T.Əhmədovanın vəkillərinin iddiası əsasında yaxtaya həbs qoyulması və onun biznesmenin keçmiş arvadının xeyrinə müsadirə edilməsi haqda xəlvəti qərar çıxarmışdı. Beynəlxalq media, o cümlədən Rusiya mediası yazırdı ki, Britaniya məhkəməsinin F.Əhmədovu bu cür cəzalandırması onun Qərblə qarşıdurmada Rusiyanın mövqeyini fəal müdafiə etməsi ilə bağlıdır. 

Yaxta biznesmenin ailə investisiya fondu olan "Straight Establishment”ə məxsusdur. Apellyasiya məhkəməsi ötən gün belə qərara alıb ki, DİFC məhkəməsi ümumiyyətlə yaxtaya həbs qoyulması işinə baxmamalıydı. Çünki nə yaxta, nə onun qanuni sahibi kimi Fərhad Əhmədovun ailə investisiya fondu 2016-cı ildə London məhkəməsinin çıxardığı təzminat hökmündə tərəflər deyildilər. "Bu sadəcə olaraq yanlış qərar idi. Hakimlər bu cür qısa müddət ərzində qərar verdiklərinə görə aydındır ki, bu əvvəl qəbul edilmiş qərarla bağlı səhvin düzəldilməsinin vacibliyini sübut edir. Bu iddia ümumiyyətlə baxılmaq üçün qəbul edilməməliydi”, - Fərhad Əhmədov apelyasiya məhkəməsinin qərarını şərh edərkən bildirib. 

"Reallıq belədir ki, mənim keçmiş arvadım və onun bahalı hüquqşünaslardan ibarət ordusu növbəti dəfə təcrübəli hakimləri aldatmağa, manipulyasiya etməyə çalışdılar. Lakin onlar uğursuzluğa düçar oldular”, - biznesmen qeyd edib. F.Əhmədov deyib ki, DİFC Apellyasiya məhkəməsinin əvvəlki qərarla bağlı öz imicinə vurduğu zərəri bu cür sürətlə aradan qaldırmasına görə bir çox nüfuzlu yerli və xarici investorların çox məmnun qalacağına əmindir. Ekspertlər isə qeyd edirlər ki, bundan əvvəl Britaniya məhkəmə sisteminin mövqeyi ilə razılaşan Dubay məhkəməsi öz yuridiksiyasına aid olan ərazilərdə şəriət qanunlarının aliliyini şübhə altına almış olurdu. Bu da Dubayda investisiya mühitinə zərər vura bilərdi.
"Bu gün Əhmədovun ikiqat bayramıdır-Qələbə günü, hansı ki, həmişə qeyd edir və məhkəməni udması. Apellyasiya instansiyası yaxtaya həbs qoyulması üçün iddiaçı tərəfin hüquqşünaslarının etibarsız sənədlərinə istinad edildiyini öyrənəndə şoka düşüb”, - Rusiyanın real siyasət Akademiyasının vitse-prezidenti Sergey Solovyev situasiyanı şərh edərkən deyib. 

Dünənki məhkəmə prosesini izləyən mənbələrin bildirdiyinə görə Tatyana Əhmədovanın vəkilləri Dubayda əvvəlcə xəlvəti şəkildə DİFC məhkəməsinə müraciət edərək biznesmenin ailə investisiya şirkətinin xəbəri olmadan onun mülkiyyətində olan yaxtaya həbs qoyulmasına nail olub. Apellyasiya məhkəməsi T.Əhmədovanın vəkillərini dünənki məhkəmə dinləmələri zamanı dindirəndə onlar ziddiyətli cavablar veriblər, hüquqi arqumentlərini dəyişməyə çalışıblar və öz hərəkətlərinə haqq qazandıra bilməyiblər.
Dubayda çoxillik təcrübəyə malik olan vəkillər deyirlər ki, onlar DFİC Apellyasiya məhkəməsinin bu cür mühüm məsələyə dair qərarı cəmi bir neçə saat ərzində hər iki tərəfin arqumentlərini dinləyərək çıxardığının şahidi olmamışdılar. "Onlar deyirlər ki, bu məqam hakimlərin məhkəmənin qərarının kökündən yanlış olduğuna heç bir şübhələrinin qalmadığını göstərir”, - mənbələr bildirir.
Загрузка...
Загрузка...

Xəbər lenti