''Azərbaycanla bağlı sanksiya tətbiq edilən 4 deputata qarşı araşdırma aparılmalıdır''

''Azərbaycanla bağlı sanksiya tətbiq edilən 4 deputata qarşı araşdırma aparılmalıdır''
Загрузка...
 Səməd Seyidov: ''Bu, erməni lobbisinin fəaliyyətinin nəticəsidir''
***
Məsələ ilə bağlı mayın 16-da mətbuat konfransı keçirən Səməd Seyidov sanksiyaların erməni lobbisinin fəaliyyətinin nəticəsi olduğunu bəyan edib. O deyib ki, belə bir qərar Azərbaycanın Avropa Şurasını tərk etməsinə səbəb olmayacaq. "Sanksiyalar Azərbaycan nümayəndə heyətinə neqativ təsir göstərməyəcək. Bunun neqativ təsiri Şuranın özünə olacaq. Bu qərar Avropa Şurasının ikili standartlar prinsipi ilə işlədiyini göstərir”. Özünün gələcəkdə nümayəndə heyətinin qalıb-qalmayacağı məsələsinə toxunana S.Seyidov bildirib ki, bu rotasiya qaydasında olan bir şeydir və gələcəkdə Azərbaycanın başqa bir beynəlxalq təşkilatda nümayəndə heyətində ola bilər.
***
Avropa Şurası Parlament Assambleyasının sanksiya tətbiq etdiyi dörd deputatın hər biri Azərbaycanla bağlıdır. Bunu Meydan TV-ə hüquq müdafiəçisi Rəsul Cəfərov deyib. O,əlavə edib ki, qərar ötən ay Şuranın müvafiq komitəsinin korrupsiya hesabatı əsasında verilib. Mayın 16-da AŞPA Prosedur Qaydaları Komitəsinin dörd deputata qarşı sanksiyaların tətbiqi barədə məlumat yayıb. Siyahıya Azərbaycanın AŞPA parlament nümayəndə heyətinin sədri Səməd Seyidov, AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi, qurumun keçmiş prezidenti Pedro Aqramunt (İspaniya), Azərbaycan üzrə məruzəçi və seçki müşahidəçiləri Cezar Florin Preda (Rumınya) və Xordi Xukla (İspaniya) daxil ediliblər. Həmin deputatlar heç bir mövzu, ölkə üzrə məruzəçi, AŞPA komitəsinin və ya sub-komitənin sədri və sədr müavini ola bilməzlər.
Eyni zamanda, AŞPA-nın prezidenti vəzifəsinə namizədliklərini irəli sürə bilməzlər: Onlar Avropa Şurasını və onun komitələrini heç bir tərəf qarşısında təmsil edə bilməzlər. Bundan əlavə bu deputatların Nazirlər Komitəsinə sual vermək hüquqları əllərindən alınır. Məhdudiyyətlər Pedro Agramunta 10 il, digər 3 nəfərə 2 il müddətində şamil olunacaq. 

Rəsul Cəfərov.
Rəsul Cəfərov bildirib ki, qoyulan sanksiya bu şəxslərin AŞPA-da iştirakının arzuolunmaz olduqları mesajını verir: "Bundan sonra həmin şəxslər barədə öz ölkələrinin parlamenti araşdırma aparmalıdır ki, niyə onlara sanksiya tətbiq edilib. Sanksiya dörd deputatın ciddi pozuntuda ittiham olunduğunu təsdiqləyir”. Nümayəndə Heyətinin üzvü Asim Mollazadə Meydan TV-yə qərarı "ədalətsiz və Azərbaycana qarşı təzyiqlərin davamı” kimi qiymətləndirib. 

Asim Mollazadə.
Deputat bildirib ki, qərar müzakirə olunarkən Böyük Britaniya və Ukrayna nümayəndələri korrupsiyanın başqa ölkələr və başqa işlərlə bağlı olduğunu dəfələrlə qeyd ediblər: "Azərbaycanı, Səməd Seyidovu hədəf seçmək məsələnin mahiyyətindən yayındırmaq məqsədi daşıyıb. Hesab edirəm ki, bu cür qərarların arxasında kimlərin dayanması cavab tapılandan sonra müəyyənləşəcək”. Aprelin sonunda AŞPA-da deputatlar arasında korrupsiya ilə bağlı hesabat geniş müzakirə olunub. Sənəddə deyilir ki, Azərbaycan hakimiyyəti insan haqlarının pozulması və demokratiya məsələlərində tənqidi azaltmaq üçün avropalı siyasətçilərin ələ alınmasına milyonlarla avro xərcləyirlər.
Загрузка...
Загрузка...

Xəbər lenti