Загрузка...

Azərbaycanın tanınmış kişi müğənnisi əməliyyat olundu - Dodağındakı silikon çıxarıldı

Azərbaycanın tanınmış kişi müğənnisi əməliyyat olundu - Dodağındakı silikon çıxarıldı
Загрузка...
Bu gün müğənni Nadir Qafarzadə əməliyyat olunub. Criminal.az saytının məlumatına görə, əməliyyat Bakıdakı özəl klinikalardan birində həyata keçirilib.
 
Müğənninin özü də xəstəxanaya düşməsi ilə bağlı "Instagram" səhifəsində məlumat verib və oradan çəkilmiş fotosunu paylaşıb. "Göz pis şeydir. Allah hər kəsi pis gözlərdən qorusun. Yeni il mənə düşmədi”, - müğənni qeyd edib. Lakin o,xəstəxanaya düşməsinin səbəbini açıqlamayıb. 
Criminal.az saytına daxil olan məlumatda iddia olunur ki, N.Qafarzadə bu gün plastik əməliyyat keçirib. Əməliyyat zamanı onun dodaqlarındakı süni gel çıxarılıb, bundan başqa daha gənc görünmək üçün gözətrafı artıq ətlər götürülüb. Əməliyyatı uzman, plastik və estetik cərrah Dr. Mircəfər Seyid həyata keçirib. 
Məsələ ilə bağlı M.Seyid ilə əlaqə saxlamaq cəhdlərimiz isə alınmadı.
Klinikadan isə Criminal.az-a bildirildi ki, belə məsələlər barədə mətbuata açıqlama verilmir. 
Xatırladırıq ki, Azərbaycan şou-biznesində plastik əməliyyat etdirən kişi müğənnilər var. Onlar arasında Rəhim Rəhimli, Faiq Ağayev, Samir Bağırov plastik əməliyyat etdirənlər sırasındadır. Hətta N.Qafarzadə mətbuata açıqlamasında plastik əməliyyat etdirdiyini gizlətməyib, əksinə ''mən sənət adamıyam, lazım gəlsə yenə etdirəcəyəm. Bu mənim şəxsi işimdir'' deyib.
N.Qafarzadənin Ruslan adlı meneceri Criminal.az saytına zəng edərək müğənninin əməliyyat olnmasını təkzib edib. Bildirib ki, N.Qafarzadə əməliyyat olunmayıb və yazı saytdan silinməlidir. Əks halda N.Qafarzadə məhkəməyə müraciət edəcək. 
Загрузка...
Загрузка...

Xəbər lenti