Azərbaycanın məhşur iş adamı barəsində cinayət işi başlanıb - ƏLAVƏ OLUNDU

Azərbaycanın məhşur iş adamı barəsində cinayət işi başlanıb - ƏLAVƏ OLUNDU
Загрузка...
Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir. "Report”un məlumatına görə, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dollarını alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, "Atena” süd məhsulları kombinatının təsisçisi və "Fərhad-91” yun emalı müəssisəsinin sahibidir.

++++

"Atena” MMC rəhbərinin həbs edilməsi ilə bağlı mətbuatda yayılmış məlumata aydınlıq gətirdi. Şirkətdən Criminal.az saytına bildirilib ki, Mülhazil Balakişiyevin bu şirkətlə əlaqəsi yoxdur: "O, "Ketchi” süd məhsulları şirkətinin sahibidir”.
Загрузка...
Загрузка...

Xəbər lenti