Azərbaycanın keçmiş baş prokuroru əməliyyata gedir - “Sağ-salamat qayıtsam...”

Azərbaycanın keçmiş baş prokuroru əməliyyata gedir - “Sağ-salamat qayıtsam...”
Загрузка...
İxtiyar Şirin: "Proseslərdə iştirak etmək gücündə deyiləm”
Sabiq baş prokuror, Milli Konqres Partiyasının sədri İxtiyar Şirin son bir ildə siyasi proseslərdə iştirak etmir. Hazırda Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri əsas gündəmdir və əksər siyasi partiyalar bu və ya digər şəkildə öz mövqelərini ortaya qoyublar. Amma İ.Şirin və onun partiyası yenə də səssizdir. Bununla bağlı sabiq baş prokurorla əlaqə saxladıq.
O, son bir ildə səhhətində ciddi problemlərin yarandığını və yaxın günlərdə əməliyyata gedəcəyini bildirdi: "Hazırda müalicə alıram və çalışıram ki, Allahın köməkliyi ilə müalicəmi bu il yekunlaşdırım. Səhhətim imkan verəndən sonra yəqin ki, siyasi fəaliyyətlə bağlı vəzifələrimi yerinə yetirməyə başlayacam. Amma bu gün ölkədə gedən proseslərdə yaxından iştirak etmək imkanım olmadığı və proseslərin iştirakçı olmadığım üçün tərəfimdən qiymətləndirilməsini doğru saymazdım. Əməliyyata gedirəm, Allah qoysa, sağ-salamat qayıtsam, ondan sonra səhhətim imkan versə, yəqin sözümüzü seçkilərlə bağlı deyəcəyik. Amma bu gün o imkanlarım yoxdur, proseslərdə iştirak etmək gücündə deyiləm. Prezident seçkilərində namizəd və ya başqa formada iştirak etməsəm, buna yalnız səbəb olan amil səhhətimdir”.
İ.Şirin müxalifətin seçkilərlə bağlı mövqeyindən də danışdı: "Müxalifətin hazırkı mövqeyini dəyərləndirə bilmərəm. Çünki siyasi fəaliyyətlə məşğul olan dostlarla, yoldaşlarla əlaqəm olduqca zəifdir. Bu baxımdan məsələləri dəyərləndirməyim doğru olmazdı. Bəzi siyasi qurumların seçkiləri boykot etdikləri barədə də heç nə deyə bilmərəm. Çünki nədən seçkiləri boykot etdiklərinin səbəbləri mənə məlum deyil. Buna görə də boykot qərarını doğru dəyərləndirmək şansım yox dərəcəsindədir. Hər bir siyasətçi, siyasi partiya özü müəyyən etməlidir ki, seçkidən iştirak etsin, ya yox. Hələ ki, mənim üçün əsas olan səhhətimdir. Sapsağlam, ayaq üstə dura bilsəm, siyasətlə məşğul ola bilərəm. Hakimiyyətin seçki vaxtını dəyişməsi barədə də fikirlərim yoxdur. Çünki siyasi proseslərdən tamam uzağam”.
Загрузка...
Загрузка...

Xəbər lenti