Azərbaycanın iki dövlət qurumu arasında məhkəmə olacaq

Azərbaycanın iki dövlət qurumu arasında məhkəmə olacaq
Загрузка...
Bildirilir ki, reyd zamanı "Kamaz" markalı 90-JA-841 və 90-JO-787 dövlət qeydiyyat nişanlı avtomobillərin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qu" gölünün ətrafına qeyri-qanuni tullantı boşaltdığı aşkar olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində "Ətraf mühitin mühafizəsi haqqında" qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti İradə İbrahimova məlumat verib.
Bildirilir ki, reyd zamanı "Kamaz" markalı 90-JA-841 və 90-JO-787 dövlət qeydiyyat nişanlı avtomobillərin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qu" gölünün ətrafına qeyri-qanuni tullantı boşaltdığı aşkar olunub. Araşdırma zamanı avtomobillərin "Bakı metropoliteni" QSC-yə məxsus olduğu müəyyən edilib.
Faktla bağlı QSC-yə protokol tərtib olunub və müəssisə barəsində hüquqi şəxs qismində cərimə qərarı qəbul edilməsi üçün toplanmış sənədlər Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Загрузка...
Загрузка...

Xəbər lenti