Azərbaycanın cazibədar müğənnisinin kriminal "generalla" eşq məcarası üzə çıxdı - ''Hər kimdirsə mənə məxsusdur...''

Azərbaycanın cazibədar müğənnisinin kriminal
Загрузка...
Müğənni Afaq Aslanın kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli) şəxsi münasibətlərinin olması ehtimal edilir. Müğənni şəxsi İnstaqram səhifəsində bioqrafiyasına özünün və sevgilisinin baş hərfini (A-N) qeyd edib. O, 100 minə yaxın izləyicisi olan səhifəsində yalnız kriminal avtoritetə məxsus olan səhifəni izləyir. Bu iki nüans onun Nadir Səlifovla münasibətləri olması haqda rəy yaradıb.
 Afaq Aslanın Türkiyəyə son zamanlar tez-tez səfər etdiyi haqda informasiya daxil olub. Afaq Aslan Lotu Quli ilə birgə İstanbulun məşhur restoranlarında da dəfələrlə görünüb. (kult.az) 
Müğənni Criminal.az saytına açıqlamasında Lotu Quli ilə münasibətinin olmasını şayiə adlandırdı. Onun sözlərinə görə, ''instagram'' profilində ''N.A'' yazması da belə bir münasibətin olmasına dəlalət etmir. 
'''Şəxsi həyatım haqda kiməsə açıqlama verməliyəm? Bu həyat mənə məxsusdur. Bu ictimaiyyətə çox maraqlıdır? Əgər belə maraqlıdırsa sualınızı qarşı tərəfə ünvanlayın. Özünüzü necə belə şaiyələrə inandıra bilirsiz? (gülür) Bu haqda şərh vermək fikrim də yoxdur''.
Müğənni ''instaqram'' səhifəsini 100 min adam izlədiyini, özünü isə tək bir nefəri izlədiyini bildirdi. Ondan ''həmin tək şəxs kimdir'' sualını verdikdə isə ''hər kimdirsə mənə məxsusdur'' cavabını verərək qəhqəhə çəkdi.  






Загрузка...
Загрузка...

Xəbər lenti