Azərbaycanda prezident seçkisi gedir

Azərbaycanda prezident seçkisi gedir
Загрузка...
Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. Səkkiz namizəd iştirak edir: Araz Əlizadə (ASDP), Fərəc Quliyev (MDHP), Hafiz Hacıyev (MMP), İlham Əliyev (YAP), Qüdrət Həsənquliyev (BAXCP), Razi Nurullayev (Cəbhəçilərin təşəbbüs qrupu), Sərdar Cəlaloğlu (ADP) və Zahid Oruc (deputat).
Bu il Azərbaycanda prezident seçkisi altı ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.
Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, NİDA Vətəndaş Hərəkatı isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri həbsdə olan REAL Hərəkatı da seçkiyə qatılmayıb.
Ancaq MSK sədri M.Pənahov deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.

++++++
Hakim Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd, hazırkı dövlət başçısı İlham Əliyev səs verib. O, 29 saylı Səbail Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səsverməyə qatılıb. Onla birgə xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər. Baş nazir Artur Rəsizadə də artıq səsvermədə iştirak edib. O isə 16 saylı II Yasamal Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində səs verib. 
++++++
 Azərbaycanda keçirilən prezident seçkilərində saat 10:00-dək olan seçici fəallığı açıqlanıb. MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov vurğulayıb ki, saat 10:00-a qədər seçicilərin 18.71 faizi seçkidə iştirak edib. Seçicilərin ümumi sayı 5 milyon 314 min 365 nəfər təşkil edir. 

+++++++ 
2003-cu ildə Heydər Əliyevin səhhəti pisləşəndə tutduğu post indiki prezident İlham Əliyevə verilən və seçkidən sonra yenidən baş nazir təyin edilən 83 yaşlı Artur Rasizadə səs verdi. 
Загрузка...
Загрузка...

Xəbər lenti