Azərbaycanda növbədənkənar prezident seçkiləri - məntəqədə nərd, kəsilmiş bülletenlər, sinif rəhbərlərini gözləyənlər...

Azərbaycanda növbədənkənar prezident seçkiləri - məntəqədə nərd, kəsilmiş bülletenlər, sinif rəhbərlərini gözləyənlər...
Загрузка...
Səsvermə başlayıb
Səhər 8-dən bəri səsverməyə start verilib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, gün ərzində 5 dəfə seçkilərin gedişatı barədə məlumat veriləcək. MSK-nın məlumatına görə, bugün xaricdəki seçicilər də daxil olmaqla, 5 milyon 309 min 434 seçici 125 dairə, 5641 məntəqədə səs verəcək. Seçicilərin 50,78 faizi qadın, 49,22 faizi kişidir. 
Azərbaycanın 32 ölkədə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarında 41 məntəqədə seçki məntəqəsi yaradılıb. Seçkiləri 58175 yerli və 890 beynəlxalq müşahidəçi izləyir. Bu dəfə də 2013-cü il seçkisində olduğu kimi məntəqələrin 20 faizində, yəni 1000-də kameralar quraşdırılıb və məntəqələrdən canlı yayım gedir. Seçki günü fevralın 5-də, 64 gün öncə elan edilib. Səsvermə 19:00-a qədər davam edəcək.
Canlı reportaj
12:41
13 saylı Xəzər- Pirallahı seçki dairəsinin 6 saylı seçki məntəqəsində müşahidəçilərə qeydiyyat üçün kağız-qələm müxbirimizin sualından sonra paylanıb.
11:44
Xəzər rayonunda səsvermə 14 saylı Xəzər rayon seçki dairəsinin 11 saylı seçki məntəqəsində olan müxbirimiz Günel Səfərova orada olduğu zaman seçici görməyib. Namizəd Zahid Oruc və namizəd İlham Əliyevin müşahidəçiləri bildirib ki, hələlik hansısa problemə rast gəlməyiblər. Müxbirimiz müşahidəçilərin qeydiyyat üçün dəftər-qələmlərinin olmadığını da deyir. "Hüquq pozuntusu olmayıb, seçki normal qaydada keçir.. qeydiyyat aparırıq, gələn-gedənlərə nəzarət edirik", Zahid Orucun nümayəndəsi Əkbərova Təranə müsahibəsində deyib.
11:25
Səsvermə məntəqəsində nərd?
"Bu məntəqədə 6 müşahidəçi qeydiyyatdan keçib, lakin onlardan yalnız biri- YAP-dan olan müşahidəçi yerində oturub. Digər iki nəfər isə yan otaqda nərd oynayırdı", müxbirimiz Səadət Akifqızı Xırdalanda 45 saylı dairənin 3 saylı məntəqəsindəki müşahidələrini deyir. Müxbirimiz onu da deyir ki, müşahidəçilər özlərini təqdim edərkən adlarını və haranı təmsil etdiklərini onlara verilmiş vəsiqələrdən oxuyublar.  

 11:10
Xırdalan: başı kəsilmiş topa bülletenlər?
Müxbirimiz Səadət Akifqızı Xırdalanda 45 saylı dairənin 3 saylı məntəqəsində başı kəsilmiş halda bir topa bülleten görüb. Məntəqə sədri Aidə Aslanova bunu "seçicilərin çox gəldiyi üçün əvvəldən hazırlandığı" ilə izah edib. Müxbirimiz deyir ki, onun sualından sonra bu topa bülletenlər götürülüb və seçicilərə yeni bülletenlər verilib. Bundan başqa, bir seçici barmağına mürəkkəb vurulmasını istəməyib. Məntəqə sədri bildirib ki, belə halda həmin seçiciyə bülleten verilə bilməz. Xırdalan BBC Müxbirimiz deyir ki, onun sualından sonra topa bülletenlər götürülüb və seçicilərə yeni bülletenlər verilib.
10:55
Şamaxı qeydiyyatlı qadının Bakıda səsvermək istəməsi 31 saylı Suraxanı seçki dairəsinin 9 saylı seçki məntəqəsində olan müxbirimiz Günel Səfərova Şamaxı rayonu qeydiyyatlı bir qadının səsvermək üzrə olduğunu görüb. Müxbirimizin sualından sonra məntəqəni tərk edən qadın küçədə gözləyib. "Müşahidəçilərin heç birinin dəftər qələmi yoxdur", deyən müxbirimiz qeyd edir ki, müşahidəçilər müsahibə vermək istəməyib, lakin "hələlik heç bir problem olmadığını" deyiblər. 
10:35
11 saylı Qaradağ seçki dairəsi, 27 saylı məntəqə: Bu fotodakı qadınlar BBC müxbirinə özlərinin valideyn olduqlarını və səsvermək üçün uşaqlarının oxuduğu sinfin rəhbərini gözlədiklərini deyiblər.  

10:28
Müşahidəçilərə sual: Haranı təmsil edirsiniz?
11 saylı Qaradağ seçki dairəsi, 27 saylı məntəqəsinə baş çəkən müxbirimiz Səadət Akifqızı deyir ki, bəzi müşahidəçilər "haranı təmsil edirsiniz?" sualına MSK tərəfindən onlara verilmiş vəsiqənin üzərinə baxaraq cavab veriblər. 
9:54
17 saylı Yasamal 3-cü, 25 saylı məntəqəyə baş çəkən müxbirimiz burada hazır kəsilmiş bülleten verildiyini görüb. Məntəqə nəzarətçisi bunu "bir neçə bülleteni kəsərək hazır saxladığı" ilə izah edib.
 
9:36
17 saylı Yasamal 3-cü, 23 saylı məntəqədə olan müxbirimiz Günel Səfərova bildirir ki, müşahidəçilər yerindədir və səsvermə başlanıb.
9:20
12 sayli Qaradag-Binəqədi-Yasamal 24 sayli seçki məntəqəsinə baş çəkən müxbirimiz Səadət Akifqızı bildirir ki, bu məntəqədə də səsvermə başlayıb, seçicilər bir-bir buraxılır. Lakin burada müxbirimizə çəkiliş aparmağa icazə verilməyib. Səbəb kimi "yuxarıdan icazə verilmədiyi" deyilib. 

Загрузка...
Загрузка...

Xəbər lenti