Загрузка...

Azərbaycanda ''MoneyPolo''-nun fəaliyyəti dayandırıldı

Azərbaycanda ''MoneyPolo''-nun fəaliyyəti dayandırıldı
Загрузка...

Maliyyə Bazarlarına Nəzarət Palatası pulköçürmə sisteminin işğal olunmuş ərazilərdə fəaliyyət göstərdiyini deyir

Azərbaycanda “MoneyPolo” pul köçürmə sisteminin fəaliyyəti dayandırıldı. 

Maliyyə Bazarlarına Nəzarət Palatası dekabrın 25-də bununla bağlı açıqlama yayıb. Palatanın qərarında bildirilir ki, maliyyə bazarlarının tənzimlənməsi və nəzarəti çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən pul köçürmə sistemlərinin, onların təqdim etdikləri xidmətlərin etibarlılığına və təhlükəsizliyinə nəzarət edilir. Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qeyri-qanuni formada fəaliyyət göstərən pul köçürmə sistemləri də diqqət mərkəzində saxlanılır.

“Palata tərəfindən aparılan araşdırmalar nəticəsində “MoneyPolo” pul köçürmə sisteminin beynəlxalq hüquqi normalarını, ölkəmizin ərazi bütövlüyünü tanımayaraq, Azərbaycan Respublikasının işğal altında olan ərazilərinə qeyri-qanuni formada pul köçürmələrini həyata keçirməsini və bunun çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsində mühüm vasitə ola biləcəyi müəyyən edilib. 

Qeyd olunanlar nəzərə alınaraq, ölkədə fəaliyyət göstərən banklara və “Azərpoçt” MMC-yə bu pul köçürmə sistemi ilə işgüzar münasibətlərin dayandırılmağı ilə bağlı tapşırıq verilib” – məlumatda qeyd olunur. 

Qərarı şərh edən ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Meydan TV-yə bildirib ki, ‘gər  “MoneyPolo”nun işğal altındakı ərazilərdə fəaliyyət göstərməsi təsdiqlənibsə, palatanın belə bir qərar verməsi normaldır:

“Dünyada müxtəlif pul köçürmə sistemləri fəaliyyət göstərir. Azərbaycanda ən populyarı “Western union” sayılır və bu sistemdən daha çox istifadə olunur. Həm də Azərbaycanda ən çox Rusiyadan böyük həcmdə pul köçürmələri qeydə alınır. Azərbaycan hökuməti işğal altındakı ərazilərdə iqtisadi fəaliyyətlərə hər cür maneə yaratmağa çalışmalıdır. Əks təqdirdə, başqa beynəlxalq şirkətlərin də işğal altındakı ərazilərdə fəaliyyətinin qarşısını almaq mümkün olmayacaq. Amma bu, o demək deyil ki, pulköçürmə sisteminin fəaliyyəti dayandırılacaq. Çünki ölkədə bir çox pulköçürmə sistemləri fəaliyyətdədir”.

NatiqNatiq Cəfərli foto google.az. 

Natiq Cəfərli xatırladıb ki, Gürcüstan da Abxaziya və Osetiya ilə bağlı çox həssas davranır və beynəlxalq şirkətləri də bu həssas davranışına hörmət qoymağa çağırır: 

“Hətta Ukrayna Almaniyanın “Siemens” şirkətinə Krımda icazəsiz boru satmasına görə cərimələr tətbiq etdi. İstənilən halda işğal altındakı ərazilərdə qeyri-qanuni fəaliyyətlə məşğul olan şirkətlərin qarşısı alınmalıdır”.

Загрузка...
Загрузка...

Xəbər lenti