Azərbaycanda baş tutan ən böyük məhkəmə işi başa çatdı: 38 nəfərə 300 il cəza verildi

Azərbaycanda baş tutan ən böyük məhkəmə işi başa çatdı: 38 nəfərə 300 il cəza verildi
Загрузка...
Azərbaycanın məhkəmə tarixindəki ən böyük məhkəmə işi yekunlaşıb. Bu işdə 5 mindən çox zərərçəkmiş şəxs var. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində "Qala BTX" MMC özəl mühafizə şirkətinin direktoru Vüqar Hüseynov və daha 37 nəfərin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
İş üzrə təqsirləndirilən 38 nəfərin 23 nəfəri həbsdədir. Digər 15 nəfər barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib. Hökmə əsasən həbsdə olanlara barəsində aşağıdakı kimi hökm çıxarılıb: Vüqar Hüseynov 15 il, onun həyat yoldaşı Nəzakət Aşurbəyova 9 il, Kamil Bayramov 9 il, Mirabtalıb Cəfərov 10 il, Aydın Həsənov 4 il, Qorxmaz Mehdiyev 10 il, Fariz Babayev 4 il, Elşən Uzalov 8 il, Şahin Yolçuyev 8 il 6 ay, Fərman Muradov 8 il 6 ay, Elxan İsmayılov 5 il 6 ay, Sənan Qasımov 9 il, Sərdar Seyidov 8 il 6 ay, Xalid Qasımov 3 il, Orxan Vəlizadə 9 il, Emin Əzizov 5 il 6 ay, Şahin Quliyev 8 il 6 ay, Cəlal Mikayılov 3 il, İlham Babayev 4 il 6 ay, İlqar İlyasov 8 il 6 ay, Tağı Məmmədov 8 il 6 ay, Məmməd Həsənov 8 il 6 ay və Malik Cəfərov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Ev dustaqlığında olanlar barəsində isə aşağıdakı kimi hökm çıxarılıb: Nəriman Babayev 8 il 3 ay (şərti cəza), Baba Babayev 8 il 3 ay (şərti), Ruslan Nəsirov 8 il 3 ay (şərti), Asif Abdullayev 8 il 3 ay (şərti), Məlik Məmmədov 8 il 3 ay (şərti), Xətai Tacəddinov 8 il 3 ay (şərti), Səbuhi Sadıqov 8 il 3 ay (şərti), Cavid Abdullayev 8 il 3 ay (şərti), Ərşad Əzimovun 8 il 3 ay (şərti), Elşən Əzimovun 8 il 3 ay (şərti), Elşən Qədirzadə 8 il 3 ay (şərti), Mövlan Süeymanovun 8 il 3 ay (şərti), Müseyib Müseyibovun 8 il 3 ay (şərti), Rəşid Heydərov 8 il 3 ay (şərti) və Mübariz Sadıqov 8 il 3 ay (şərti) müddətinə azadlıqdan məhrum ediliblər. 70-ci (şərti) maddə tətbiq edilməklə barələrində 3 il sınaq müddətinə cəza təyin edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Vüqar Hüseynovun 16 il, onun həyat yoldaşı Nəzakət Aşurovanın 13 il, Kamil Bayramovun 15 il, Mirabtalıb Cəfərovun 15 il, Aydın Həsənovun 14 il, Qorxmaz Mehdiyevin 15 il, Fariz Babayevin 14 il, Elşən Uzalovun 14 il, Şahin Yolçuyevin 14 il, Fərman Muradovun 14 il, Elxan İsmayılovun 13 il, Sənan Qasımovun 14 il, Sərdar Seyidovun 14 il, Xalid Qasımovun 13 il, Orxan Vəlizadənin 14 il, Emin Əzizovun 14 il, Şahin Quliyevin 14 il, Cəlal Mikayılovun 13 il, İlham Babayevin 13 il, İqar İlyasovun 13 il, Tağı Məmmədovun 12 il, Məmməd Həsənovun 11 il, Malik Cəfərovun 13 il, Nəriman Babayevin 11 il, Baba Bayevin 11 il, Ruslan Nəsirovun 12 il, Asif Abdullayevin 12 il, Məlik Məmmədovun 12 il, Xətai Tacəddinovun 12 il, Səbuhi Sadıqovun 12 il, Cavid Abdullayevin 12 il, Ərşad Əzimovun 11 il, Elşən Əzimovun 12 il, Elşən Qədirzadənin 12 il, Mövlan Süeymanovun 12 il, Müseyib Müseyibovun 12 il, Rəşid Heydərovun 11 il və Mübariz Sadıqovun isə 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, 2015-ci ildə Daxili İşlər Nazirliyi (DİN) iş adı altında vətəndaşları aldadan sahibkar haqqında məlumat yayıb. Məlumata görə, "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.
Aparılan araşdırmalarla müəyyən olunub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru V.Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb. Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, ölkənin digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər. Ümumilikdə, iş üzrə 38 nəfər təqsirləndirilən şəxs və 5200 nəfər isə zərərçəkmiş var.
Həmin şəxslər Cinayət Məcəlləsinin 162-1.2-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, eyni əməllər təkrar törədildikdə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə), 218.3-cü (cinayətkar birlik (təşkilat) yaratma, bu Məcəllənin 218.1 və ya 218.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham olunurlar.
Cinayət işi üzrə Vüqar Hüseynov, onun həyat yoldaşı Nəzakət Aşurova, Kamil Bayramov, Mirabtalıb Cəfərov, Aydın Həsənov, Qorxmaz Mehdiyev, Fariz Babayev, Elşən Uzalov, Şahin Yolçuyev, Fərman Muradov, Elxan İsmayılov, Sənan Qasımov, Sərdar Seyidov, Xalid Qasımov, Orxan Vəlizadə, Emin Əzizov, Şahin Quliyev, Cəlal Mikayılov, İlham babayev, İlqar İlyasov, Tağı Məmmədov, Məmməd Həsənov və Malik Cəfərovun barəsində həbs qətimkan tədbiri, digər şəxslərin barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Загрузка...
Загрузка...

Xəbər lenti