Загрузка...

Azərbaycanda bank rəhbəri 115 milyon manatı oğurlayıb ölkədən qaçdı

Azərbaycanda bank rəhbəri 115 milyon manatı oğurlayıb ölkədən qaçdı
Загрузка...
 "Bank Standard” QSC Kommersiya Bankınıın İdarə Heyətinin sabiq sədri, barəsində beynəlxalq axtarış elan edilmiş Səlim Kirmanın banka nə qədər ziyan vurduğu məlum olub. Lent.az-ın məlumatıma görə, bu barədə "Çudo Peçka” və "ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun ittiham aktında məlumat var.
 
S.Kirman ümumilikdə 41 epizod üzrə təqsirli bilinərək, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, "Bank Standard” QSC-yə məxsus 104 milyon 757 min 155 manatlıq əmlakı və 10 milyon 749 min 500 manat vəsaiti ələ keçirib.
 
Onu da qeyd edək ki, 2016-cı ilin sentyabr ayının 28-də S.Kirmanın cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul edilib. Lakin o, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan olunub.
 
Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2016-cı il tarixində çıxardığı qərarla S.Kirmanın barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, "İnterpol" xətti ilə axtarışa verilib.
Загрузка...
Загрузка...

Xəbər lenti