Azərbaycana istehsalı dayanan 1 milyon dollarlıq avtomobil gətirildi Azərbaycana istehsalı dayanan 1 milyon dollarlıq avtomobil gətirildi

Azərbaycana istehsalı dayanan 1 milyon dollarlıq avtomobil gətirildi
Загрузка...
Avtomobil dünyanın ən sürətli "Sportcar”larından biridir
"Sportcar”-ın orta qiyməti 1 milyon 250 min ABŞ dolları təşkil edir. "Bugatti Veyron” avtomobilinin maksimal sürəti 431 km/s təşkil edir. 7993 см³ (8 litr) mühərriklə təchiz olunmuş bu modellər 1020-1040 at gücünə malikdir. Avtomobil 100 km/s sürəti 2.5 saniyəyə yığır. Qeyd etmək lazımdır ki, "Bugatti Veyron”-un yaranma tarixi 1999-cu ildə EB 18/3 Chiron konseptinin təqdim edildiyi Tokio avtosalonunda başlayıb.
Nümunə 2001-ci ildə Cenevrə avtosalonunda publikaya təqdim edilib. Yeni adını isə Veyron, 1939-cu ildə Bugatti avtomobilin "Le-Mana 24 saat” yarışında qələbə qazanmış fransız Pyer Veyronun şərəfinə alıb. 2005-ci ilin sentyabrında fransız şəhəri Molsaymda yerləşən zavodda ilk superkar istehsal edilib.
Ümumilikdə 450 maşın yığılıb və artıq satılıb. 2013-cü ilə qədər Bugatti Veyron dünyada ən sürətli seriya avtomobili idi. Avtomobilin istehsalı artıq dayanıb. 

Загрузка...
Загрузка...

Xəbər lenti