Avtobusla piyadanı vurub öldürən sürücü tutuldu - VİDEO

Avtobusla piyadanı vurub öldürən sürücü tutuldu - VİDEO
Загрузка...
  Ötən il sərnişin avtobusu ilə piyadanı vurub qaçan sürücü saxlanılıb. Xezerxeber.az-ın məlumatına görə, piyadanın ölümü ilə nəticələnən hadisə ötən ilin dekabrın 30-da gecə saatlarında paytaxtın Qaradağ rayonunda baş verib.
 
Polisə məlumat daxil olub ki, Lökbatan-Xocahəsən yolunda Bakı şəhər sakini Qiyas Abbasovu naməlum avtomobil vurub. Hadisə yerinə gələn polis müəyyən edib ki, piyada elə hadisə yerindəcə ölüb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən 206 saylı xətt marşrutu ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü Əlipənah Mehrəliyev saxlanılıb.
 
 
Qeyd edək ki, hadisədən sonra sürücü izi itirmək məqsədi ilə avtobusun qırılan alın şüşəsini və nəqliyyat vasitəsinin qabaq işıqlarını təmir etdirmək istəyən zaman polislər tərəfindən tutulub.
 
 
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti