Avropa Məhkəməsi valideynləri xarici olan şəxslərin vətəndaşlığı üzrə kommunikasiyaya başlayıb

Avropa Məhkəməsi valideynləri xarici olan şəxslərin vətəndaşlığı üzrə kommunikasiyaya başlayıb
Загрузка...
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanda anadan olmuş valideynləri xarici ölkə vətandaşı olan şəxslərin vətəndaşlığının tanınması ilə bağlı 7 şikayət (Haşemi və başqaları Azərbaycana qarşı) üzrə koomunikasiyaya başlayıb. (https://hudoc.echr.coe.int/eng#{%22itemid%22:[%22001-182883%22]}) Bu işləri Avropa Məhkəməsində hüquqşünas Asima Nəsirli müdafiə edir.
"Avropa Məhkəməsi 2016-cı ildən verdiyim 7 şikayət (Haşemi və başqaları Azərbaycana qarşı) üzrə kommunikasiyaya başlayıb. Kommunikasiya Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə (şəxsi həyat hüququ) əsaslanır. Bu işlər Azərbaycanda doğulmuş və valideynlərinin hər ikisi əcnəbi olan uşaqların vətəndaşlığının tanınmaması ilə bağlıdır. Belə ki, 2014-cü ildə vətəndaşlıq qanunvericiliyi dəyişdirilib və yeni dəyişikliklər əvvəlki münasibətlərə tətbiq edilib.
Bununla da bu dəyişikliklərdən əvvəl doğulmuş həmin uşaqların vətəndaşlığı tanınmayıb. Bu, struktural problemdir və Azərbaycanda uzun müddət yaşayan xeyli şəxsi (uşağı) vətəndaşsızlıq halına salır. Bu baxımdan AİHM-in işləri icraata götürməsi vətəndaşsızlıq vəziyyətinə düşmüş insanların mühüm hissəsinin hüquqlarına fundamental təsir edən hadisədir (ələlxüsus, Gürcüstan azərbaycanlılarının bizim ölkədə doğulmuş uşaqlarına münasibətdə)”, Nəsirli facebook səhifəsində yazıb.
2014-cü il mayın 30-da Azərbaycan Milli Məclisi "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əlavə və dəyişikliklər edib. Qanunun 12-ci maddəsində edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyninin vətəndaşlığı olmayan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.
Загрузка...
Загрузка...

Xəbər lenti