ATƏT missiyasına hücum olundu - CANLI ATƏT missiyasına hücum olundu - CANLI

ATƏT missiyasına hücum olundu - CANLI
Загрузка...
«Azərbaycanda prezident seçkisi məhdudlaşdırıcı siyasi mühitdə keçirilib. Plüralizm olmadığı şəraitdə həqiqi rəqabət də olmayıb. Digər namizədlər prezidentləri tənqid etməkdən çəkiniblər». Bunu ATƏT-in seçkini müşahidə missiyası aprelin 12-də keçirdiyi mətbuat konfransında bildirib.
Mətbuat konfransına ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Corien Jonker, ATƏT-in xüsusi koordinatoru Nilza de Sena, Avropa Şurası Parlament Assambleyasından Viorel Bardea De Sena qatılıb. ATƏT Parlament Assambleyasının sədri isə qısamüddətli müşahidə missiyasına rəhbərlik edib.
«Seçki administrasiyası hazırlıqlı idi. Seçki günü müşahidəçilərimiz şəffaflığın olmamasını, pozuntuların olmasını xəbər verib. Müşahidəçilərimiz topa bülleten atılmasının şahidi olub», – bu bəyanatdan sonra mətbuat konfransına gəlmiş bir neçə şəxs missiyaya hücum edib, qalmaqal yaranıb. Missiya zalı tərk etməli olub.
Ancaq tədbirin aparıcısı bildirib ki, mətbuat konfransını davam etdirmək planlaşdırılır. «Bəyanatı eşitmək istəyən insanlar var. Ona görə davam etdirəcəyik. Əgər hansısa səbəbdən bitirə bilməsək, yazılı şəkildə bəyanatımız var», – açıqlamada deyilir.
AŞPA-nı təmsil edən nümayəndə heyətinin rəhbəri Viorel Riceard Badea deyib ki, xüsusi koordinatorun dedikləri ilə razıdır. «Hər bir millətin öz rəhbərini seçmək hüququ var. Biz vəziyyəti dərindən təhlil etmişik», – deyə o, hakimiyyəti insan haqlarının vəziyyətini yaxşılaşdırmağa, Venesiya Komissiyasının, ATƏT DTİHB-nin tövsiyələrini nəzərə almağa, Avropa Məhkəməsinin qərarlarını icra etməyə çağırıb.
+++
 AzadlıqRadiosunun əməkdaşları müşahidə missiyasına hücum çəkənlərin «Səs» qəzetinin baş redaktoru Bəhruz Quliyev, «Xalq qəzeti»ndən Əliqismət Bədəlov, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqalarının olduğunu bildirir. Missiya yenidən konfrans zalına qayıdıb. 
++++++ 
ATƏT-in Azərbaycanda prezident seçkilərini qısamüddətli müşahidə missiyasının xüsusi koordinatoru Nilza de Sena bəyanatı davam etdirərək bildirib ki, konstitusiya düzəlişlərindən sonra Azərbaycanda ilk prezident seçkisidir. Bir sıra inzibati və hüquqi qadağalar qeydə alınıb. Seçki administrasiyası yaxşı təşkil olunsa da, bütün prosedurları əhatə etmirdi. O, DTHİB və Venesiya Komissiyasının prioritet tövsiyələrinin nəzərə alınacağına ümid etdiklərini bildirib. Missiya MSK-nın 5.2 milyon seçicini qeydiyyata aldığını, amma rəqəmlərin dəqiqliyi ilə bağlı iki dövlət qurumunun məlumatında ziddiyyət olduğunu bildirib. ATƏT DTİHB xəbər verir ki, tələbələr, büdcə təşkilatlarının işçiləri YAP təşviqatına cəlb olunub. Missiya ölkədə mətbuat mühitinin, ifadə və söz azadlığının məhdudlaşdırıldığını bildirir.
++++++ 
«Televiziyaların hamısında xəbər buraxılışların əksəriyyəti hökumətin fəaliyyəti haqdadır. Hökumətin tənqidi ilə bağlı fikirlərə rast gəlinməyib. Əsas efir vaxtı prezidentə həsr olunub. Müşahidəçilərə problem yaradılmayıb», – missiya bildirir. Ancaq seçki günü məntəqə seçki komissiyalarında məcburi prosedurlara əməl olunmadığı, məntəqələrin 12 faizində proseduran mənfi qiymətləndirildiyi bildirilir. Belə ki, səslərin sayılması zamanı pozuntulara yol verilib, qəsdən saxtalaşdırma halları müşahidə olunub. Xüsusi koordinator beynəlxalq müşahidə missiyasına xoş münasibət gördüyünü, əməkdaşlığı davam etdirib, sərbəst seçkinin keçirilməsini əngəlləyən mövcud problemlərin həllinə yardım göstərməyə hazır olduqlarını dilə gətirib. 

Criminal.az xatırladır ki, 2013-cü il oktyabrın 10-da Bakıda keçirilən mətbuat konfransında beynəlxalq seçki-müşahidə missiyasının Azərbaycandakı prezident seçkilərinə dair ilkin rəyini açıqlanan zaman oxşar hadisə yaşanmışdı. Beş il əvvəl ATƏT-in seçki-müşahidə missiyasının keçirdiyi mətbuat konfransında eyni adamlar qarşıdurma yaratmışdı. Həmin hadisədən görüntüləri təqdim edirik: 
Загрузка...
Загрузка...

Xəbər lenti