''Ataş'' ləqəbli Ata Abdullayev indi də Hollandiyada peyda oldu - VİDEO ''Ataş'' ləqəbli Ata Abdullayev indi də Hollandiyada peyda oldu - VİDEO

''Ataş'' ləqəbli Ata Abdullayev indi də Hollandiyada peyda oldu - VİDEO
Загрузка...
Müxalifətin Bakı şəhərində keçirdiyi mitinqlərdə qadınlara, yaşlılaraq qarşı xüsusi aqressiv hərəkətləri ilə ölkə mediasında görüntülənən Ata Abdullayev uzun aradan sonra Hollandiyada peyda olub. Criminal.az saytı xəbər verir ki, A.Abdullayev prezident İlham Əliyevin plakatlarını faytonun arxasına yapışdıraraq Hollandiya küçələrində təbliğat aparır.  

Ata Abdullayev bir neçə dəfə müxalifətin aksiyalarında etirazçıları saxlayarkən görüntülənib. Elə həmin vaxt o, özü də ''Azadlıq radiosu''na müsahibəsində polis yanında İctimai Şuranın (İŞ) üzvü olduğunu demişdi. Onun İŞ üzvü olmasını Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəsmisi Orxan Mansurzadə də təsdiqləyib və həmin şəxsin Nəsimi rayonunda öz inzibati ərazisində Şura üzvü olduğunu demişdi. 
"Bizim Yol” isə üzə çıxarmışdı ki, "Ataş” ləqəbi ilə çağrılan Ata Abdullayevin Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalandırılıb.

Загрузка...
Загрузка...

Xəbər lenti