Aslan İsmayılov: ''Deputat mənə zəng eləyib dedi ki...''

06 İyul 2018, 13:48
06 İyul
2018
13:48
848
Загрузка...
Hüquqşünasın həbsi istənildi
İyulun 4-də Səbail Rayon Məhkəməsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə görə 1500 manat cərimələnən hüquqşünas Aslan İsmayılova iyulun 5-də həmin məhkəmədə həbs tələb olunub. Tələbkar isə "Xəmsə” şadlıq sarayının sahibi, "Xəmsə-M” şirkətinin rəhbəri Mürvət Həsənlidir.
M.Həsənli də A.İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verib və onun haqqında "Facebook” səhifəsində yazdığı "dələduz” ifadəsinə görə CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını istəyir.
A.İsmayılov isə bildirir ki, iş adamının dələduzluq əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində və DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırmalar aparılıb, M.Həsənli üç gün saxlanılıb. A.İsmayılovun sözlərinə görə, prokurorluqda və BMCMİ-də hüquqlarını müdafiə etdiyi türk iş adamı, "Emre Piliç – Qida Sənaye və Ticarət Limited” şirkətinin rəhbəri Ömür Orala 1 milyon 300 min dollar ödəməli olması haqda etirafdan, üzləşmədə həmin vəsaiti ödəyəcəyinə dair vəddən sonra M.Həsənli buraxılıb, onun haqqında cinayət işi başlanmayıb.
M.Həsənli isə bildirir ki, belə hal olmayıb.
Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyev sorğu əsasında prokurorluqdan və BMCMİ-dən M.Həsənli haqqında materialların surətlərini alıb. Hakim iyulun 5-də keçirilən məhkəmədə sənədləri elan edib. Sənədlər əsasən, M.Həsənli haqqında cinayət işinin başlanmasından imtinaya dair qərarlar, həmçinin "Siyəzən Broyler”in İdarə Heyətinin sədri Barış Alpayın prokurorluğa məktubu da əlavə olunub. B.Alpay məktubda yazır ki, rəhbərlik etdiyi şirkətin "Emre Piliç”in sahibi Ömür Orala olan 3 milyon 800 min dollarlıq borcunu M.Həsənli vaitəsilə göndəriblər. O isə vəsaitin bir hissəsini çatdırmayıb. Nəticədə Ömür Oral "Siyəzən Broyler”i məhkəməyə verib.
Məhkəmədə A.İsmayılov bildirib ki, bu sənədlər tam deyil. O, Ömür Oralla M.Həsənli arasında üzləşmə protokollarının da prokurorluqdan alınması barədə vəsatət qaldırıb.
M.Həsənli isə A.İsmayılovun yalan danışdığını bildirib və onun məhkəmə zalında həbs olunmasını xahiş edib: "Mənim barəmdə heç bir hökm yoxdur. Mənim 3 sutka saxlandığım haqda dedikləri də yalandır. Hər kəsin canını boğazına yığıb. Nə qədər şər-böhtan demək olar? Xahiş edirəm, elə indicə bunu həbs edin, bizi qurtarın”.
A.İsmayılov isə M.Həsənlini ədliyyə naziri Fikrət Məmmədov və prezidentin köməkçisi Əli Həsənovun himayə etdiyini, bu səbəbdən onunla bağlı şikayətlərin obyektiv araşdırılmadığını, onun məsuliyyətdən kənarda saxlandığını bildirib.
Məhkəmədə fasilə elan olunub. Fasilədən sonra A.İsmayılov M.Həsənli illə yollarının necə kəsişməsi barədə danışıb.
Bildirib ki, o, türk iş adamı Ömür Oralın hüquqlarını müdafiə edəndə, "Siyəzən Broyler”dən Sumqayıt İnzibati İqtisadi Məhkəməsinə müraciət edəndə heç M.Həsənlini tanımırdı: "Məhkəməyə iddianı təqdim edəndən iki gün sonra deputat Kəmaləddin Qafarov zəng elədi. Məhkəmədən geri çəkilməyimizi istədi, bildirdi ki, "Siyəzən Broyler” Ömür Orala olan 3 milyon 800 min dollarlıq borcu tam ödəyib. Pul Mürvət Həsənliyə verilib ki, çatdırsın. Birinci dəfə bunun adını orada eşitmişəm”.
Daha sonra prokurorluğa şikayətləri əsasında araşdırma aparılarkən orada M.Həsənli ilə qarşılaşdıqlarını deyən hüquqşünas aralarındakı söhbətdən də danışıb: "Ömür Oral əvvəl inanmırdı ki, ona göndərilmiş pulun 1 milyon 800 minini bu mənimsəyib. Çünki kirvədilər. Sənədləri görəndən sonra inandı. Prokurorluqda üzləşmədən sonra yazılı öhdəlik götürdü ki, 1 milyon 300 mini 6 dəfəyə öd əyəcək – beş dəfə 200 min. Altıncı dəfə 300 min olmaqla. Onda həmin bu adam mənə dedi ki, deyilən 3 milyon 800 mini ona tam verməyiblər. Dedi ki, pulun 800 minini Cəmil Əliyev götürüb, ona cəmi 3 milyon verilmişdi. Üstəlik, dedi ki, "Siyəzən Broyler”in sahiblərindən biri Cəmil Əliyevdir”.
M.Həsənli A.İsmayılovun yalan danışdığını, onların arasında belə söhbətlərin olmadığını deyib: "Yalançının atasına lənət...”
A.İsmayılovun ona cavabı belə olub: "Mən razı, yalan deyənə indiyədək bu zalda işlənən bütün ağır söyüşlər getsin...”
Məhkəmə prosesi iyulun 31-dək təxirə salınıb.
Загрузка...
Xəbər lenti
-
12:36Jurnalist Mustafa Hacıbəyliyə hökm oxundu
-
12:29ATƏT nümayəndəsi rəsmi Bakını KİV-ə şərait yaratmağa çağırdı
-
12:24Bakı metrosunda azyaşlı qıza zor tətbiq edən oğru tutuldu
-
20:03Milli Şuranın mitinqinə icazə verilmədiyi deyilir
-
18:48Qoşqar Təhməzli xaricdəki biznesindən danışdı - “İş adamı olmaq qəbahətdir?”
-
18:37‘DTX əməkdaşı, Kəmaləddin Heydərovun qohumu olduğunu deyirdi...’
-
18:00"Elmar Vəliyev şəhid anasının həbs edilməsini istədi, general isə..." - jurnalistin məhkəməsindən ilginc məlumatlar
-
16:08Yenilənmiş siyasi məhbus siyahısı təqdim edilib
-
14:44Şantaja görə tutulan Mahmud Tağıyevin məhkəməsi başladı
-
14:42Gənc fəala 15 sutka həbs verilib
-
12:22Azərbaycanda ölülər də radara düşür - Xanım jurnalistə polisdən şok məktub
-
11:48Böyük Britaniya səfirliyində medianın durumu müzakirə olunub
-
11:08Prezidentin sədr təyin etdiyi Fərid Şəfiyev kimdir? - DOSYE
-
11:00Bakıdakı məşhur fahişəxanada əməliyyat - 51 qadın saxlanıldı
-
10:52Məşhur terror təşkilatının lideri Türkiyədədir
-
09:34Abutalıbovun ən odioz kadrı işdən çıxarıldı - itirilən yaşıl milyonlar...
-
09:25-İcra başçısının daha bir milyonluq biznesi ifşa edildi - "Bir ölkəni daha necə dağıtmaq olar???"
-
07:46Redaktor narkotik satışına görə həbs edildi
-
07:32Prokuror Saleh Rüstəmliyə 8 il cəza istəyir
-
07:30''Leyla Şıxlinskaya qısqanclığına görə bu oyunu qurdu''
-
07:24AXCP üzvü Rövşən Quliyev həbs edilib
-
01:23Dövlətə xəyanətdə ittiham olunan: Yanımda iki nəfər öldü
-
21:27Mustafa Hacıbəylinin məhkəməsində şahidlər məqaləni səhv saldılar
-
12:13Mədət Quliyevin oğlu Nigarla klipə çəkildi
-
12:09Cavid Qurbanovun müavinin konsulla birgə BİZNESİ ORTAYA ÇIXDI - ŞOK SƏNƏDLƏR
-
11:56“Çəpişlərin qulağını dişləməyi çox sevirdim” - DEPUTAT
-
11:50Ötən ildən axtarışda olan şəxs saxlanıldı
-
11:02Sahibkarlara divan tutan generala vəzifə verilməsinin pərdəarxası
-
08:08Azərbaycanlı Türkiyədə saxta pulla tutuldu
-
08:01Azərbaycanlı samboçu söyüşə görə adam öldürdü
-
00:09Dünyamin Xəlilov deyib, onlar imzalayıb, nəticədə dövlətin milyardları talanıb...
-
22:21"Əli Həsənovun yaxınları telefon zənglərinə cavab vermir"
-
22:08Sonuncu "hicab məhbusu" da azadlığa çıxdı
-
22:03Ebru Gündeş və Sılanı Bakıya gətirməyə görə 8 il cəza aldı
-
21:23''Oğluma əvvəl işgəncə verilib, sonra həbsə salınıb''
-
19:32Mikayıl Cabbarov: Bulanıq suda balıq tutmaq zamanı bitib
-
19:29Ramil Usubov yeni rəis təyin etdi
-
18:54ANS Avropa Məhkəməsinə şikayətini geri götürüb
-
16:15"Prezident Administrasiyasından dedilər ki, gəl"
-
16:00“Lotu Quli”nin tutduğu killerlər belə yaxalandı
20 Fevral 2019
19 Fevral 2019
18 Fevral 2019
Digər xəbərlər
-
Məhkəmə
Jurnalist Mustafa Hacıbəyliyə hökm oxundu
-
Məhkəmə
‘DTX əməkdaşı, Kəmaləddin Heydərovun qohumu olduğunu deyirdi...’
-
Manşet, Məhkəmə
"Elmar Vəliyev şəhid anasının həbs edilməsini istədi, general isə..." - jurnalistin məhkəməsindən ilginc məlumatlar
-
Məhkəmə
Şantaja görə tutulan Mahmud Tağıyevin məhkəməsi başladı
-
Məhkəmə
Prokuror Saleh Rüstəmliyə 8 il cəza istəyir
-
Məhkəmə
''Leyla Şıxlinskaya qısqanclığına görə bu oyunu qurdu''
-
Foto, Məhkəmə
Mustafa Hacıbəylinin məhkəməsində şahidlər məqaləni səhv saldılar
-
Məhkəmə
Dünyamin Xəlilov deyib, onlar imzalayıb, nəticədə dövlətin milyardları talanıb...
-
Məhkəmə
Sonuncu "hicab məhbusu" da azadlığa çıxdı