Aşıq Azərin bacısıoğlu: “Elə danışa-danışa getdi”

Aşıq Azərin bacısıoğlu: “Elə danışa-danışa getdi”
Загрузка...
Bu gün vəfat edən Aşıq Azər Xanlaroğlu günorta saatlarında dəfn olunacaq. Cənazə Badamdardakı evindən götürüləcək. Mərhumun bacısıoğlu Süleyman Yenicag.az-a açıqlamasında aşığın halının qəfildən pisləşdiyini deyib: "Azərin vəziyyəti son iki həftədə pisləşdi, sən demə, daxilində ağırlaşma prosesləri gedirmiş, viruslar oyanıbmış. Bizim xəbərimiz olmayıb. Xəstəxanaya çatdırdıq, artıq gec idi. Komaya düşmədi, elə danışa-danışa getdi”.
Qeyd edək ki, o, uzun illərdir "Hepatit B” virusunun daşıyıcısı idi. Allah rəhmət eləsin!
Загрузка...
Загрузка...

Xəbər lenti