Arvadını öldürmək istəyənə 11 İL 3 AY HƏBS

Arvadını öldürmək istəyənə 11 İL 3 AY HƏBS
Загрузка...
Arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Kamran Quliyevin cinayət işi üzrə məhkəmə başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Kamran Quliyev 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Maştağa qəsəbəsi Albalılıq yaşayış massivində baş verib. 1989-cu il təvəllüdlü Quliyev Kamran Əlisa oğlu həyat yoldaşı, 1994-cü ildə anadan olmuş Rəhimova Fərqanə Arif qızına çoxsaylı bıçaq zərbələri endirib. 23 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti