Arif Hacılı: ''Azərbaycanda müəllimlər, həkimlər, dövlət adamları makenalara çevrilib...'' - VIDEO

Arif Hacılı: ''Azərbaycanda müəllimlər, həkimlər, dövlət adamları makenalara çevrilib...'' - VIDEO
Загрузка...
Müsavat Partiyası başqanı Arif Hacılı mitinqdə çıxış edib. Criminal.az saytı Azadlıq radiosuna istinadla xəbər verir ki, onun çıxışının əsas hissəsi də elə prezident seçkiləri ilə bağlı olub. 
"Bu növbədənkənar seçki mahiyyət etibarı ilə seçimsiz seçkilər idi. Seçkilərin növbədənkənar keçirilməsinin səbəbləri seçkidən əvvəl, seçki dövründə və ondan sonra elan edilmədi. Demokratik seçkilərin təşkili üçün tələb olunan şərtlərin heç birinə əməl olunmadı. Seçkilərin taleyi ATƏT-müşahidəçilərinin də dediyi kimi yalnız seçki günü həll olunmur, biz də bunları əvvəlki seçkilərdə dəfələrlə demişik. Seçkilərin demokratikliyi üçün ölkədə demokratik mühit olmalıdır ki, bu da Azərbaycanda mövcud deyildi. Azərbaycanda 150-dən çox siyasi məhbus var. Qəzet bir mədəniyyət növü kimi sıradan çıxarılıb. Teleradio tam şəkildə Azərbaycan hakimiyyətinin nəzarəti altındadır. Siyasi partiyarların bərabərhüquqlu mübarizə imkanları yoxdur. Sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılıb. Halbuki, qanunvericiliyə görə, bir neçə yer istisna olmaqla digər bütün məkanlarda vətəndaşların sərbəst toplaşmaq haqqı təmin olunmalıdır”.
Arif Hacılı bəzi məhbusların adlarını da sadalayıb.
"Bu insanlar Azərbaycanın gələcəyi üçün mübarizə apardığından həbsxanalara salınıblar. Onlar bizim gələcəyimiz üçün, bizim əvəzimizə, xalqın əvəzinə fədakarlıq göstərərək, həbsxanalarda da öz dəyanətlərini nümayiş etdirərək Azərbaycan cəmiyyətinin müqavimət gücünün artırılmasına xidmət edirlər”
A.Hacılı hökumətin Azərbaycanın iqtisadi inkişafı ilə bağlı açıqlamalarına toxunub, onların yalan olduğunu iddia edib. "Hökumət yenə də iqtisaid inkişafdan danışır. Halbuki, Azərbaycanın iqtisadi tənəzzülü bütün rəqəmlərdə özünü göstərir. Azərbaycan nəinki aparıcı dünya dövlətləri ilə müqayisədə, hətta MDB-yə daxil olan iqtisadiyyatı, cəmiyyəti geridə qalmış, iqtisadi resursları məhdud olan dövlətlərlər sırasında da ən geridə qalmışç iqtisadi vəziyyətə malikdir. 2017-ci ildə Azərbaycanda ümumdaxili məhsul nəinki artmayıb, hətta azalıb. Azərbaycan MDB ölkələri arasında belə yeganə ölkədir ki, inflyasiya iki rəqəmli olub. Belə bir şəraitdə hansı iqtisadi inkişafdan danışmaq mümkündür?” , deyə Arif Hacılı sual edib.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər. Hakimiyyət rəsmiləri ötən il ölkədə ikirəqəmli inflyasiyanin olmasını daimi hesab etmirlər. Mərkəzi Bank bu il, 2018-ci ildə inflyasiyanın birəqəmli olcağını proqnozlaşdırıb. Rəsmilər söz və mətbuat azadlığına basqılarla bağlı şikayətləri də qəbul etmirlər. 
Загрузка...
Загрузка...

Xəbər lenti