Adam öldürmədə, zorlamada ittiham edilən dostlara 39 il cəza istənildi

Adam öldürmədə, zorlamada ittiham edilən dostlara 39 il cəza istənildi
Загрузка...
Bakıda qətl törətməkdə ittiham edilən şəxslərə cəza istənilib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Dimitri Razumniy və Samir Zeynikovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı Dimitri Razumninin 20 il, Samir Zeynikovun isə 19 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib. Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı üçün vaxt istəyiblər. Samir Zenyukov Rusiya vətəndaşıdır. Qətl hadisəsi ötən il aprelin 30-da Səbail rayonu, Neftçilər prospektindəki mənzildə baş verib. Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitri Razumnıy ilə bir evdə yaşayıb.
İttihama görə, səfil həyat tərzi sürən şəxslər tanışları Yelena Sandrandinovanı yaşadıqları mənzilə gətiriblər. Yeyib-içdikdən sonra Samir Zenyukov Yelena ilə cinsi əlaqədə olmaq istəyib.
Rəsmi ittihama görə, mərhum Yelena buna etiraz edib və evin dəhlizinə çıxıb. Samir Zenyukov da Yelenanın arxasınca dəhlizə çıxaraq onun baş və bədən nahiyyələrinə yumruq və təpiklə vurub. Dmitri Razumnıy da bu qətldə ittiham edilir. Ona görə ki, o, dostu Samirə kömək edərək qadını döyərək soyundurub və divana uzadıb. Bu zaman qadın özündən gedib. Samir Zenyukov Yelenaya seksual xarakterli hərəkətlər edib və yatıb.
İttihama görə, gecə saat 4 radələrində Samir yenidən yuxudan oyanaraq Yelena ilə cinsi əlaqə olmaq istəyib. Amma bu zaman qadının öldüyünü bilib. O, dostu ilə birlikdə qadının paltarlarını əyninə geyindirək evdən çölə çıxardaraq həyətə qoyublar. Yelena Sandrandinovanın meyiti sakinlər tərəfindən aşkarlanıb və polisə məlumat verilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Samir Zenyukov və Dmitri Razummıy həbs edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.6 (zorlama ilə adam öldürmə), 120.2.9 (köməksiz vəziyyət olan şəxsi öldürmə), 29.149.2.1 (bir qrup şəxslə zorlamaya cəhd), 29.149.2.4 (xüsusi amansızlıqla zorlamaya cəhd), 150.1 (sexsual xarakterli hərəkət törətmək), və 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli hərəkət) maddələri ilə ittiham edilirlər. Məhkəmədə ifadə verən şəxslər özlərini təqsirli bilməyiblər. Söyləyiblər ki, Yelena Sandrandinova evdən çıxdıqdan sonra onun meyitini qapının qarşısında görüblər.
Загрузка...
Загрузка...

Xəbər lenti