Abşeronda kişi arvadını, nəvə nənəsini öldürdü

Abşeronda kişi arvadını, nəvə nənəsini öldürdü
Загрузка...
Abşeronda iki qətl törədilib. Oxu.Az xəbər verir ki, hadisələrdən biri Xırdalan şəhərində, digəri isə Saray qəsəbəsində qeydə alınıb. Xırdalan şəhərində yaşayan, 1986-cı il təvəllüdlü Elgün Rasim oğlu Ağahəsənov qısqanclıq zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü Axirə İsməmməd qızı Nadirovanı bıçaqlayaraq öldürüb. Hadisəni törədən E. Ağahəsənov saxlanılıb.
Bundan başqa, Saray qəsəbəsində yaşayan, 2000-ci il təvəllüdlü Nihat Nicat oğlu Muradov nənəsi, 1951-ci il təvəllüdlü Hocaxanım Məhəmməd qızı Seyidzadəni bıçaqlayaraq öldürüb.
N. Muradov tutulub. Hər iki faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Загрузка...
Загрузка...

Xəbər lenti