Abşeronda atanı oğlunun gözü önündə ölümcül bıçaqladılar

Abşeronda atanı oğlunun gözü önündə ölümcül bıçaqladılar
Загрузка...
Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.
"Report” xəbər verir ki, 12 yaşlı oğlu ilə 26-cı məhəllədəki kafedən çıxan 1978-ci il təvəllüdlü Ağacanov Rauf Mamed oğlu yaşadığı evə gedərkən yolda Tərlan adlı tanışı ilə rastlaşıb. Bu zaman qarşı tərəf R.Ağacanovun döş qəfəsinə, bədəninin müxtəlif nahiyələrinə və boğazına ümumilikdə 6 bıçaq zərbəsi vurub. Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti