400 minlik toy edən lift müdirinin kürəkənləri arasında QANLI DAVA

16 Aprel 2018, 18:43
16 Aprel
2018
18:43
494
Загрузка...
Bakıda xuliqanlıqda ittiham olunan Elşən Əsgərli və onun dostları Azər Nəsibov, Nuray Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Nərimanov rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
İttihama görə, Elşən Əsgərli tanışları – Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə 7 yanvar 2017-ci il tarixdə paytaxtın Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində keçmiş həyat yoldaşının hazırkı əri Oqtay Əhmədova qarşı xuliqanlıq ediblər.
İstintaq araşdırması zamanı Elşən Əsgərli və digər şəxslərin Oqtay Əhmədova qarşı xuliqanlıq etməsinə səbəbi məlum olub.
Elşən Əsgərli Oqtay Əhmədovun və əmisi Şahin Əhmədovun haqqında, eləcədə onların ailə üzvləri barəsində sosial şəbəkələrdə təhqiredici ifadələr işlətməklə, məlumatlar yayıb.
Bununla bağlı Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində Elşən Əsgərli tanışları Azər Nəsibov və Nuray Bayramlı ilə birlikdə həmin gün saat 18.30-da Oqtay Əhmədovla görüşüblər.
Görüş zamanı Oqtay Əhmədov Elşən Əsgərliyə hansı səbəbdən onun ailə üzvləri haqqında sosial şəbəkələrdə təhqiredici məlumatlar yaymaqla, onlardan əl çəkmədiyini, və əmisi Şahin Əhmədovu təhqir etdiyini bildirib.
Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Elşən Əsgərli Oqtay Əhmədovun üz nahiyəsinə bir yumruq zərbəsi vurub.
Oqtay Əhmədovu vuran Elşən Əsgərli daha sonra Vaqif küçəsində olan Azpetrol yanacaqdoldurma məntəqəsi istiqamətində qaçıb. Oqtay Əhmədov da idarə etdiyi avtomobillə onun arxasınca düşüb.
Yanacaqdoldurma məntəqəsinin yanında olan zaman Oqtay Əhmədov mübahisəsini davam etdirib.
Bu zaman Elşən Əsgərli uca səslə Oqtay Əhmədovun və onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib.
Elşən Əsgərli Oqtay Əhmədovu yenə də vurmaq istəyərkən hadisə yerinə gəlmiş polis əməkdaşları – İlkin Həbibov və Rəsul Ağayev onu sakitləşdirməyə çağırıblar, onun əl-qolunu tutaraq, Oqtay Əhmədovu yenə də vurmaq istəməsinə imkan verməyiblər.
Bu vaxt Elşən Əsgərlinin tanışları – Nuray Bayramlı və Azər Nəsibov münaqişəni sakitləşdirmək bəhanəsi ilə Oqtay Əhmədovu bir qədər kənara çəkiblər.
Orada Azər Nəsibov Oqtay Əhmədovun üz nahiyəsində bir kəllə vurub.
Daha sonra Azər Nəsibov və Nigar Bayramlı zərbənin təsirindən yerə yıxılmış Oqtay Əhmədovun bədənini müxtəlif nahiyələrinə zərblər vurub. Həmin vaxt polis əməkdaşlarının əlindən çıxan Elşən Əsgərli Oqtay Əhmədova hücum edib, onun ailə üzvlərini nalayiq ifadələrlə söyüb.
Sonra Elşən Əsgərli Oqtay Əhmədovu döyməyə başlayıb.
Baş verən hadisə zamanı Oqtay Əhmədov üz və bədən nahiyələrindən xəsarətlər alıb.
İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 221.2.1-ci ( bir qrup şəxs tərəfindən və ya təkrar xuliqanlıq törətmək) və 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə) xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, Elşən Əsgərli Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürovun qızı Ayselin birinci əri olub. O, boşanandan sonra Oqtay Əhmədov ilə ailə qurub.
Qüdrət Şükürovun qızının ikinci dəfə keçirilən toyuna 400 min manatdan çox pul xərcləməsi barədə mətbuatda məlumatlar yayılıb.
Загрузка...
Xəbər lenti
-
01:02Tələbə yoldaşı olan yeni nazirlər
-
23:47Azərbaycanlı ata 5-ə qədər saya bilmədiyi üçün uşağına işgəncə verdi - FOTO
-
23:41Yeni əmək və əhalinin sosial müdafiəsi naziri kimdir? - DOSYE
-
20:42Bakının yeni başçısı olacaq ''Qızıl Zakir'' kimdir?
-
20:04Xanımı: 'Taleh Xasməmmədov təcridxanaya köçürülür'
-
19:28Bu da yeni nazirlər. İlham Əliyev sərəncam verdi - GEDƏNLƏR, GƏLƏNLƏR VƏ BOŞ KRESLOLAR
-
18:12"Qaçqınkom"a yeni sədr təyin olundu
-
17:58Azərbaycanda iki nazir vəzifəsini itirdi
-
17:52Yeni nazirlər təyin edildi: Nazirlər Kabinetinin tərkibi təsdiqləndi - SİYAHI
-
17:36''Sadəlövhcəsinə İlham Əliyevdən islahat gözləyənlər artıq sakitləşsin'' - Baş nazir təyinatına reaksiyalar
-
17:08Yeni baş nazirimiz hansı filmdə rol alıb? (VİDEO)
-
17:00Baş nazirə yeni müavin təyin olundu
-
16:57İki gənc idmançı dənizdə itkin düşüb - Fotolar
-
16:37Qızları zorladığı iddia edilən "falçı Mirseymur"la bağlı yeni iddia- sevgi, xəyanət, intiqam? VİDEO
-
12:54Suriyada Rusiya telekanalının müxbiri güllələnib
-
12:51Bakıda maskalı şəxslər evə basqın etdi
-
12:48Azərbaycanın yeni baş naziri kimdir? - DOSYE
-
12:44Novruz Məmmədov Azərbaycanın yeni baş naziri oldu
-
12:41Seçkilərə müdaxiləyə görə Araz və Emin Ağalarovlar məhkəməyə verildi
-
11:59Sumqayıtda “JEK” işçisini öldürən ağır cəza alıb
-
11:52Zahid Oruc yeni baş naziri açıqladı: Novruz Məmmədov!
-
11:43Meksikada Avroliqanın kuboku oğurlandı
-
11:30Tanışını toyda bıçaqlayana hökm oxunub
-
11:28Üç yaşlı uşaq hamilə anasını güllələdi
-
10:33Azərbaycanın yeni baş naziri və müavinləri müəyyənləşir - SURPRİZ ADLAR
-
01:25Bakıda altı yaşlı qıza qarşı valideynlərindən iyrənc əməl – VİDEO
-
01:12Hacıbala Abutalıbov istefa verdi – SON DƏQİQƏ
-
23:15Əfqanıstanda yol kənarında yerləşdirilmiş bomba beş nəfərin həyatına son qoyub
-
22:09Əliyev bu Dövlət Komitəsini ləğv etdi
-
21:42Prokuror məşqçiyə 8 il iş istədi
-
21:04Vəkil: 4 uşaq anası ''Bandotdel''də saxlanılır
-
20:28Ağdamlı iş adamının hesabına səhvən 128 milyon köçürdülər - Əllərindən öpürmüşlər...
-
20:09“Mənə borcu qarşılığında arvadını təklif etdi” – Öz xalası oğlunu öldürdü
-
20:02Oğlan uşaqları ilə pul qarşılığında görüşmək istəyən 72 yaşlı manyak – VİDEO
-
19:5546 qıza təcavüz edən falçı ilə bağlı araşdırma başladı
-
19:45Baş həkim icra başçısının müavini təyin edildi
-
19:25ELDAR MAHMUDOV MƏHKƏMƏYƏ VERİLDİ - 100 min manat tələb olunur
-
16:56"Dedi ki, bir nəfərin bacısı ilə yazışıram, bilsələr, başıma..." - SOCAR-ın idarə rəisinin qardaşı oğlu qisasından danışır
-
16:31"4 ildir arvadını sevirəm" deyib, qardaşını öldürdü - FOTO
-
16:24“Qaçırdığı qızı əlindən aldılar” – İntihar edən gənclə bağlı TƏFƏRRÜAT
21 Aprel 2018
20 Aprel 2018
Digər xəbərlər
-
Məhkəmə
Seçkilərə müdaxiləyə görə Araz və Emin Ağalarovlar məhkəməyə verildi
-
Məhkəmə
Sumqayıtda “JEK” işçisini öldürən ağır cəza alıb
-
Məhkəmə
Tanışını toyda bıçaqlayana hökm oxunub
-
Məhkəmə
Prokuror məşqçiyə 8 il iş istədi
-
Məhkəmə
“Mənə borcu qarşılığında arvadını təklif etdi” – Öz xalası oğlunu öldürdü
-
Məhkəmə
ELDAR MAHMUDOV MƏHKƏMƏYƏ VERİLDİ - 100 min manat tələb olunur
-
Məhkəmə
"Dedi ki, bir nəfərin bacısı ilə yazışıram, bilsələr, başıma..." - SOCAR-ın idarə rəisinin qardaşı oğlu qisasından danışır
-
Məhkəmə
Eldar Mahmudovun 3 generalına hökm oxunacaq: TARİX BƏLLİ OLDU
-
Məhkəmə
Gözəl Bayramlı həbsdən buraxılmadı