27 ailə Bakıda yenidən evsiz-eşiksiz qalır - 25 ildən sonra + VİDEO 27 ailə Bakıda yenidən evsiz-eşiksiz qalır -  25 ildən sonra + VİDEO

27 ailə Bakıda yenidən evsiz-eşiksiz qalır -  25 ildən sonra + VİDEO
Загрузка...
Nizami rayonu, Babək prospekti 87 ünvanının bir qrup sakini küçədə qalmaq təhlükəsi ilə üzləşib. Yataqxananın sakinlərinin böyük hissəsi köçürülsə də, 27 ailə ikinci dəfə qaçqın şəraitinə düşüb. 
Evsiz qalmaq təhlükəsi ilə üzləşən 27 sakin Criminal.az saytı vasitəsilə ölkə başçısı İlham Əliyevə müraciə ediblər: ''Biz, bir qrup məcburi köçkün 1993-cü ildən Babək prospekti 87 ünvanında yerləşən 1 saylı yataqxanada məskunlaşmışıq. Elə həmin ünvanda da məcburi köçkün olaraq qeydiyyatdayıq. Artıq 25 ildir ki, hər biri 4-5 nəfərdən ibarət ailələrimizlə darısqal bir otaqda, dözülməz şəraitdə yaşamaq məcburiyyətindəydik. Yataqxanada 112 otaq mənzil var idi, mənzillərin 58-ində Əmlak Komitəsindən çıxarışı olan yerli sakinlər, 54 mənzildə isə biz məcburi köçkünlər yaşayırdıq. Fevral ayının ortalarında Nizami Rayon İcra Hakimiyyətinin başçısı  Arif Qasımov yaşadığımız yataqxananın qarşısında sakinlərlə görüşərək binanın qəzalı vəziyyətdə olduğu üçün təcili evakuasiya olunacağını bildirdi. 
2018-ci ilin fevral ayının 21-i qəflətən Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşları binaya vizual baxış keçirdi, sonra sənədlər əsasında məcburi köçkün sakinlərin qeydiyyatını yoxlamağa başladılar. Sənədləri qaydasında olmasına baxmayaraq, 27 məcburi köçkün ailəsini cürbəcür əsassız dəlillər gətirməklə qeydiyyata almadılar. Müxtəlif bəhanələrlə, bizim bu binada yaşamadığımızı iddia etdilər. 
Mart ayının 16-sı Nizami rayonu icra hakimiyyəti bank hesbına pul köçürülmüş yerli və məcburi köçkün  sakinləri evakuasiya etməyə başladı. 27 ailənin taleyi sual altında qaldı. Elə həmin axşam Fizuli rayonunun icra başçısı Alı müəllim gecə saatlarında yataqxananın qarşısına gələrək sakinlərə səbirli olmağı məsləhət gördü. O, bildirdi ki, hökumət bu 27 ailəni yenidən yoxlayacaq və adında evi olmayan insanlar ya kompensasiya ya evlə təmin olunacaq. Səhəri gün digər rayonların icra başçıları da öz sakinlərinə təxminən eyni məzmunlu məlumat verdi.
Bildirildi ki, hamı birmənalı şəkildə təcili  köçməlidir. Kirayə tutub köçmək üçün 27 problemli ailənin 22-nə öz icra hakimiyyəti tərəfindən aylıq  200  (iki yüz) manat  məbləğində pul verilib demək olar ki, məcburi şəkildə evakuasiya olundu.
Beləliklə, 25 il dözülməz şəraitdə səbrlə yaşadığımız evlərimizdən taleyimiz sual altında ola-ola evakuasiya olunduq, öz vətənimizdə ikinci dəfə köçkün düşdük. Biz əminik ki, bizim haqq səsimizi, anaların, körpələrin yalvarışını eşidəcək, 27 məcburi köçkün ailəsinin, 100 nəfərə yaxın insanın küçələrdə qalmasına yol verməyəcəksiniz''.

Загрузка...
Загрузка...

Xəbər lenti