Bakıda ev yiyəsindən xadiməyə əxlaqsız təklif: “Mənə söz atmağa, sataşmağa başladı”

Bakıda ev yiyəsindən xadiməyə əxlaqsız təklif: “Mənə söz atmağa, sataşmağa başladı”
Загрузка...
Uzun illər polis orqanlarında müxtəlif vəzifələrdə çalışan, təqaüddə olan sabiq müstəntiq "Birja” qəzetində xəstəyə baxmaq və evində işləmək üçün gülərüz, mehriban xanım axtarması ilə bağlı elan verir. İşə ehtiyacı olan gənc qadın elanı görüb əlaqə saxlayır. Amma cəmi bir neçə gün həmin evdə işləyir.
Ev sahibinin ona yazdığı mesajları sevgilisi oxuyur və...
Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Quliyev və Vüsal Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org-un xəbərinə görə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 2, korpus 52-də yaşayan 62 yaşlı Yaqub Sultanov ötən il avqustun 18-də DİN-in 102 xidmətinə zəng vuraraq yaşadığı evdə iki nəfərin ona basqın edib döydüklərini, qıymətli əşyalar, pul tələb etdiklərini bildirib. İstintaq zamanı müəyyən olunub ki, Y.Sultanovun evinə basqın edənlər Zaqatala rayon sakinləri Rasim Quliyev və Vüsal Abdullayev olub. 

Sözügedən ünvana gecə saat 03:30 radələrində təşrif buyuran "çağırılmamış qonaqlar” ev sahibini yerə yıxıblar, ağzını skoçla bağlayıblar, bundan əvvəl isə evdəki pulların, qızılların yerini deməyi tələb ediblər. Əks təqdirdə, öldürəcəkləri ilə hədələyiblər. Bədəninin müxtəlif nahiyələrinə yumruq-təpiklə zərbələr endiriblər. Keçmiş polis əməkdaşı olan ev sahibinin cevikliyi - əli ilə skoçu açıb qışqırması, köməyə adam çağırması R.Quliyevlə V.Abdullayevin planlarını məhv edib. Qonşuların səsə gələcəyindən ehtiyatlanan dostlar tez-tələsik hadisə yerindən qaçıblar.
"Biz ondan pul, qızıl tələb etməmişik”
Təqsirləndirilən Vüsal Abdullayev ifadəsində uzun illərdir paytaxtda yaşadığını, avtobus sürücüsü işlədiyini, hadisədən bir gün əvvəl həmyerlisi Rasimlə rastlaşdığını göstərib: "Yanında azyaşlı qız uşağı vardı. Neçə gündür məni axtardığını dedi. Səbəbini soruşduqda bir nəfər çoxlu pulu olan, tək yaşayan yaşlı kişinin evini "aparmağı” təklif etdi. İşsiz olduğumdan təklif cəlbedici gəldi, razılaşdım”. 

V.Abdullayevin ifadəsinə görə, R.Quliyev onu yağmalanması planlaşdırılan evin yerləşdiyi küçəyə aparıb. Ətrafda gəzişib, mənzilə necə girəcəklərini götür-qoy ediblər. Nəhayət, küçə qapısının üstündən keçməklə həyətə girməyi qərara alıblar. Bundan sonra isə aptekdən iki cüt rezin əlcək, mağazadan skoç alıb gecənin düşməsini gözləyiblər: "Gecə saat 2 radələrində həyətə keçib küçə qapısını arxadan bağladıq. Pəncərədən baxanda gördük kişi hələ yatmayıb. Bir saat həyətdə qapının yanında durduq. Birdən hansımızınsa ayağı dəmirə dəyib səs saldı. Kişi həyətə çıxanda Rasim onu yumruqla vurub dəhlizdə yerə yıxdı, skoçla ağzını bağladı. Mən də əllərini tutmağa kömək etdim. Bu vaxt küçə qapısı döyüldü. Əlcəkləri, skoçu orada qoyub hasardan aşıb qonşunun həyətinə, oradan da küçəyə çıxıb qaçdıq. Ev sahibindən heç nə tələb edə bilmədik”.
İki uşaq anası, xadimə qadın və uğursuz münasibət Təqsirləndirilən Rasim Quliyev ifadəsində həyat yoldaşından ayrılan, anasının tanışı, iki azyaşlı qızı olan Esmira adlı qadınla aralarında sevgi münasibəti yarandığını deyib. Bir-birləri ilə əvvəlcə telefonla əlaqə saxlasalar da, sonradan bir yerdə yaşamağa qərar veriblər. Rayonda dolanışığı pis olduğundan, Esmiraya uşaqlarını da götürüb Bakıya köçüb, bir yerdə yaşamağı təklif edib. Esmira da onun dedikləri ilə razılaşıb. Ötən ilin iyun ayında R.Quliyev Mehdiabad qəsəbəsində mənzil kirayələyib. Bir neçə gün sonra isə Esmira azyaşlı qızlarını da götürərək rayondan onun yanına köçüb. Amma cəmi yarım ay bir yerdə yaşayıblar. Uğursuz münasibət nəticəsində qadın rayona, Rasim isə həbsxanaya yollanıb: "İş axtarırdım, tapa bilmirdim. Esmira xəstə ər-arvada baxmaq üçün iş tapmışdı. Bir neçə gün getdi, sonra dedi ki, pulumu vermirlər, daha getməyəcəyəm. Mən də əsəbiləşib dedim elədirsə, bir də getmə ora”.
"Əxlaqsız təkliflər etmişdi deyə onu cəzalandırmaq istədim”
R.Quliyevin ifadəsinə görə, Esmiranın işlədiyi evin sahibi bir neçə dəfə onun mobil telefonuna intim məzmunlu mesajlar göndərib. Hadisədən bir gün öncə Esmiranın telefonuna növbəti dəfə eyni məzmunlu mesaj gəlib: "Mesajı açıb oxudum. Esmiraya əxlasqız təkliflər edirdi. Buna dözməyib onu cəzalandırmaq qərarına gəldim. Vüsala danışdım, dedim bir kişi var, Esmiranı işlədib evində pulunu verməyib, gedək onu cəzalandıraq. Razılaşdıq, gecə həmin ünvana gəldik. Pəncərəni döyüb səs saldıq. Kişi qapını açıb həyətə çıxan zaman sifətindən vurub dəhlizdə yerə uzatdım, skoçla ağzını bağladım. Qonşuların səs-küyünü eşidib qaçdıq”.
Hadisədən dörd gün sonra Vüsalla Rasim Xırdalan dairəsi yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıblar: "Vüsalda nə bıçaq, nə də başqa silah olub. Yaqubun evində pul olmağından da məlumatım olmayıb. Yalan deyir, ondan pul, qızıl tələb etməmişik. Onun evinə gedəcəyimizdən Esmiranın xəbəri olmayıb”.
"Polis işçisi olmusan, çoxlu pulun var, bizə verməlisən, yoxsa səni öldürəcəyik”
Zərərçəkmiş Yaqub Soltanov 1979-cu ildən 2004-cü ilə qədər daxili işlər orqanlarında müstəntiq, baş müstəntiq, bölmə rəisi vəzifələrində işlədiyini, üç ildir ki, təqaüdə çıxdığını göstərib: "Həyat yoldaşımdan 17 il əvvəl ayrılmışam. İki il əvvəl həyat yoldaşım rəhmətə getdi. Həmin vaxtdan oğlanlarım Türkiyədə, qızım isə Almaniyada yaşayır. Tək yaşayıram”. 

Y.Soltanov ifadəsində gecə saatlarında həyətdəki su çəninin üstündən səs gəldiyini, pişiklərin səs saldığını güman edib, həyətə çıxdıqda iki nəfər oğlanın onu sinəsindən itələyib dəhlizə saldıqlarını deyib: "Zərbənin təsirindən yerə yıxıldım. Onlar içəri girib qapını bağladılar. Üstümdə oturdular, biri əllərimi tutdu, o biri isə skoçla ağzımı, boğazımı bağladı. Müqavimət göstərməyə çalışdım, əlimlə skoçu dartıb qırdım. Mənə "sən polis işçisi olmusan, çoxlu pulun, qızılın var, bizə verməlisən, yoxsa səni öldürəcəyik” dedilər. Dedim pensiyaçı adamam, uzaq başı 200-300 manat pulum var. Məni silləylə, təpiklə vurmağa başladılar, ağzımdakı skoçu zorla aralamağa imkan tapıb qonşuları köməyə çağırdım”.
"O qadın yalan danışır”
Sabiq polis əməkdaşı hadisə ilə bağlı dərhal DİN-in 102 xidmətinə zəng vurub, iki nəfər silahlı şəxsin evinə basqın etdiklərini bildirib: "Nə özümün, nə də ailəmin kiminləsə düşmənçiliyi, ədavəti olmayıb. Əksinə, hamıyla münasibətimiz yaxşı olub. Sadəcə, təxminən bir neçə gün əvvəl evimi təmizləyən və mənə iynə vuran Esmira adlı qızla maaşa görə aramızda inciklik yaranmışdı”. O, həmçinin Esmiraya sataşmadığını, aralarında dayı-bala münasibəti olduğunu göstərib: "Xəstəliyimlə əlaqədar Esmira mənə iynə vururdu. Buna görə də, ona pul verirdim. Təqaüdümü alanda 50 manat verəcəkdim. Heç vaxt Esmiraya əxlaqsız sözlər deməmişəm, pis təkliflər etməmişəm. Esmira hamısını yalan deyir”. 

"Onun pulu olsaydı, mənim gündəlik 20 manatımı verərdi”
Şahid qismində dindirilən Esmira Musayeva ifadəsində "Birja” qəzetindəki elanı oxuyub Yaqub Soltanova zəng vurduğunu, işləmək üçün razılığa gəldiyini göstərib: "Rasimə dedim ki, yaşlı ər-arvad var, onlara qulluq edəcəyəm. Əks halda, qısqanclıq edib qoymayacaqdı ora getməyə. Bir neçə gün Yaqub kişinin yanında işlədikdən sonra mənə söz atmağa, sataşmağa başladı. Bir neçə dəfə telefonuma da belə mesajlar yazırdı. Gecə vaxtı Rasim telefona baxarkən Yaqub kişidən mesaj gəldi, açıb oxudu. Mən də hər şeyi açıb ona danışdım. Onun evində pul, qızıl görməmişəm. Əgər pulu olsaydı, gündəlik 20 manatımı verərdi”. Məhkəmənin hökmü ilə Rasim Quliyev və Vüsal Abdullayev hər ikisi 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Загрузка...
Загрузка...

Xəbər lenti