2 yeniyetmə FNH-ni ayağa qaldırdı

2 yeniyetmə FNH-ni ayağa qaldırdı
Загрузка...
Ötən gün FHN-nin "112” qaynar xəttinə zəng edərək ingilis dilində "bomba var, terror olacaq” xəbəri verilib.
"Ölkə.Az" xəbər verir ki, dərhal əməliyyat - istintaq tədbirlərinə başlanılıb və fakt öz təsdiqini tapmayıb. Həmçinin yalançı zəngin Xətai rayonu ərazisindən edildiyi məlum olub. İsti izlərlə keçirilən əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Mirzə Rəsul Elbrus oğlu və Yaqubov Elmir İsmayıl oğlu saxlanılaraq Xətai RPi-nə təhvil verilib.
Faktla bağlı istintaq şöbəsində cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb və yetkinlik yaşına çatmayan şəxslər istintaqa cəlb ediliblər.
Загрузка...
Загрузка...

Xəbər lenti