Загрузка...

Özünü dənizə atan gəncin meyiti sudan çıxarılıb?

Özünü dənizə atan gəncin meyiti sudan çıxarılıb?
Загрузка...
 Ötən gün Bakıdakı Dənizkənarı Milli Parkda özünü dənizə ataraq intihar edən Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlunun meyiti hələ də dənizdən çıxarılmayıb. Bu barədə məlumatı Azinforum.az saytına mərhumun əmioğlusu Rəsul Cahangirov verib.
Onun sözlərinə görə, bəzi KİV-lərdə meyitin tapılması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb: "Hazırda mən dənizkənarı bulvardayam. Təəssüflər olsun ki, ötən gecə bizim tələblərimizə baxmayaraq heç bir axtarış aparılmadı. Hazırda hadisənin baş verdiyi ərazidə axtarışlar aparılır. Bizi medianın belə yalan məlumat yayması təəccübləndiri. Əksinə, bu cür çətin vəziyyətdə media həqiqəti yaymalıdır ki, dövlət qurumları da məsuliyyətli davransınlar”.
İntihar edən gənc şairin doğmasının sözlərinə görə, əmioğlusu özünü bulvarın "Yaxt klub” olan ərazisində dənizə atıb.
Загрузка...
Загрузка...

Xəbər lenti