Загрузка...

Ziya Məmmədovun müşaviri Rövşən Əhmədovun həbsini istəyir

Ziya Məmmədovun müşaviri Rövşən Əhmədovun həbsini istəyir
Загрузка...
Eks nazir müşavirinin qohumu Ali Məhkəməyə şikayət verib
Bakı Apelyasiya Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin keçmiş nəzarətçisi Rövşən Əhmədovun barəsində olan hökmdən zərərçəkmiş şəxslərin verdiyi apelyasiya şikayəti və prokurorun verdiyi apelyasiya protesti üzrə məhkəmə iclası davam etdirilib. Hakim Əmir Bayramovun sədrlik etdiyi iclasda R.Əhmədovun vəkili Türkel Süleymanlı çıxış edib və müvəkkilinin barəsində olan həbs qərarından Ali Məhkəməyə şikayət etdiyini deyib.
Həmin şikayətə hələlik baxılmadığından proses fevralın 5-nə təxirə salınıb.
R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin, onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevanın 800 min manatlıq qızıllarını dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan zərərçəkmiş apelyasiya şikayəti, prokuror isə protest verib. R.Əhmədov Bakı Apelyasiya Məhkəməsində keçirilən bir neçə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində axtarış qərarı çıxarıb.
O, həbs edilib və Bakı İstintaq Təcridxanasına köçürülüb. Kassasiya şikayəti həmin qərardan verilib. R.Əhmədov bundan əvvəl intihara cəhd edib və psixiatrik xəstəxaxanada müalicə olunub. Onun ailə üzvləri sonuncu dəfə onun elə xəstəxanada həbs edildiyini deyirlər.
Bundan əlavə, R. Əhmədovun işgəncəyə məruz qaldığı bildirilir. R Əhmədov ittihamları qəbul etmir və şərləndiyini bildirir.
Загрузка...
Загрузка...

Xəbər lenti