"YouTube” ofisinə atəş açan qadın azərbaycanlı imiş - Video

Загрузка...
 "YouTube” servisinin Şimali Kaliforniyadakı baş ofisinə silahlı hücum təşkil edən qadının kimliyi bəlli olub. "Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Nasim Aqdam adlı qadının yerli sakin olduğu və şirkətlə heç bir əlaqəsi olmadığı bildirilir. Təklikdə hərəkət edən qadın 4 nəfəri yaralayıb, onların birinin vəziyyəti kritikdir. Ölmüş halda tapılan qadının intihar etdiyi güman edilir. Yerli KİV-in polisə istinadən yaydığı məlumata görə, insidentin terrorla əlaqəsi yoxdur. İlkin ehtimala görə, atışmaya səbəb məişət davası olub. Prezident Donald Tramp bütün zərərçəkənlərə dəstəyini ifadə edib.
***
Xarici media Nasim Ağdam adlı qadının Cənubi Azərbaycandan olduğu və YouTube-da blogger fəaliyyəti ilə məşğul olduğunu yazır. Qeyd edək ki, adıçəkilən sosial şəbəkədə qadının çoxsaylı ingilis və Azərbaycan dillərində yayımlanan videoları var. Qadının atası İsmayıl Ağdam bildirib ki, şirkət YouTube-dakı videolarına görə pul ödəməkdən imtina etdiyi üçün qızı şirkətə qarşı aqressiv olub. 







Загрузка...
Загрузка...

Xəbər lenti