Yeni doğulan 2 körpə eyni vaxtda öldü

Yeni doğulan 2 körpə eyni vaxtda öldü
Загрузка...
Sabirabadda iki körpə doğuşdan bir neçə saat sonra ölüb.
APA-nın məlumatına görə, Sabirabad rayon mərkəzi xəstəxanasının doğum şöbəsində gecə radələrində yeni doğulan 2 körpə doğuşdan sonra ölüb.
Saatlı rayonu Yeni novruzlu kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədova Saniyə Daxıləli qızının gecə saatlarında doğulan oğlan cinsindən olan körpəsi səhər saatlarında ölüb. Elə həmin saatlarda Sabirabad rayonunun Əsgərbəyi kənd sakini, 1995-ci il təvəllüdlü Yusifova Rəvanə Rahil qızının dünyaya gətirdiyi qız körpəsi də bir neçə saat qaldıqdan sonra ölüb. Doğulan körpələrin hansı səbəbdən öldüyü hələlik məlum deyil.
Uşaqların valideynləri hüquq-mühafizə orqanlarına müraciət ediblər. Uşaqların meyiti Sabirabad Məhkəmə tibbi ekspertiza və pataloji anatomiya mərkəzinə müayinə olunmaq üçün yerləşdirlib. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Загрузка...
Загрузка...

Xəbər lenti