“Yaponçik” və “Ded Xasan”ı öldürtdürən əfsanəvi “qanuni oğru'' azadlığa çıxır - “Taro” kimdir?

“Yaponçik” və “Ded Xasan”ı öldürtdürən əfsanəvi “qanuni oğru'' azadlığa çıxır - “Taro” kimdir?
Загрузка...
 Rusiya kriminal aləmi Zaxari Kalaşovu ("Şakro Molodoy”) 9 il 6 ay müddətinə "istirahət” göndərəndən sonra bu dəfə təmtəraqlı bir qarsılamaya hazırlaşır. Belə ki, kriminal aləmdə "general” deyil, "generalissimus” statusunda olan Tariyel Oninani ("Taro”) 10 il həbs müddətinin başa vurur. Son 20 ildə kriminalitetdə 4 "generallisimus" qalmışdı. Onlardan ikisi - Vyaçeslav İvankov ("Yaponçik”) 2009-cu ildə, Aslan Usoyan ("Ded Xasan”) isə 2013-cü ildə "Taro"nun sifarişi ilə güllələndiyi iddia olunur.
"Taro” hazırda Orenburq vilayətindəki "Qara delfin” adlandırılan ciddi rejimli kolondadır və bu günlərdə azadlığa buraxılacaq. Rusiya KİV-i yazır ki, "o, həbsxananın qapısında çıxan kimi kriminal aləmdə sunami başlayacaq”.
Həbsxanaya yolu 17 yaşından başlayıb
Rusiyada və keçmiş SSRİ məkanında kriminal aləmin ən əfsanəvi fiqurlarından biri - Tariel Oniani - "Taro” 1952-ci ildə Gürcüstanda (Tkibuli) anadan olub. O, rəsmi milis (indi polis) məlumatlarında "Kutaisi qruplaşması”nın lideri kimi də tanınır. Milliyyətcə gürcü-svan olan Onianin atası şaxtada baş vermiş qəza zamanı həlak olub. Onianinin həbsxanaya yolu 17 yaşından başlayıb. Ən azı 8 məhkumluğu var. Rusiya mənbələrinin yazdığına görə, Oniani "oğru tacını” 1970-ci illərdə alıb. SSRİ dönəmində - 1980-cı illərdə o, Moskvada ən nüfuzlu "qanuni oğru” kimi tanınıb. 

"Taro”nun slavyan qruplaşması ilə ilk qarşıdurması İrkutsk türməsində baş verən bir olayla başlayıb. Onianinin dəstəklədiyi "Maxo” ləqəbli avtoritet İlya Simoniya ilə bu yazıda adını hələ çox xatırladacağımız Vyaçeslav İvankov ("Yaponçik”) arasında problem yaranır. "Sxodka” ların birində "Yaponçik” "Ded Xasan”ın dəstəyi ilə "Maxo”nu oğru adından məhrum edir. Oniani bunu özünə yönəlmiş addım hesab edir və bu klanlar arasında ilk qarşıdurma başlayır. 1991-ci ildə İvankov vaxtından əvvəl azadlığa buraxılanda artıq Avropada da yaxşı əlaqələr qurmağı bacarmış Oniani biznesinin əhəmiyyətli hissəsini "köhnə qitə”yə köçürür. Onun "Yaponçik”lə münaqişəsi Avropada da davam edir. 1990-cı ildən başlayaraq o, əvvəl Fransada, sonra isə İspaniyada tikinti biznesi ilə məşğul olur.
Bəzi iddialara görə, Gürcüstanın "AİRzena” şirkətinin aksiyaları da Onianiyə məxsusdur. Oniani tezliklə İspaniyada möhkəmlənə bilir və onun ardınca daha bir neçə "qanuni oğru” bu ölkədə özünə yer edir. İspaniya qəzetləri artıq tez-tez Barselonanın ən bahalı məhəlləsində məskunlaşan Onianinin evini "rus mafiyasının mərkəzi qərargahı” adlandırmağa başlayır. 2005-ci ildə İspaniya polisinin Avropada kriminal qruplaşmalara qarşı keçirdikləri irimiqyaslı əməliyyat zamanı bir neçə gürcü "vor zakon” həbs edilsə də, "Taro” polisdən gizlənə bilir. Amma bu əməliyyatda Usoyan klanına yaxın olan Zaxar Kalaşov ("Şakro Molodoy”) həbs edilir ki, (hazırda yenə həbsdədir ) o da sonradan Oniani ilə konfliktə girir. Bundan sonra "Taro”nun lideri olduğu qruplaşmaya qarşı həm Avropada, həm də Rusiyada əsl müharibə başlayır.

"Sxodka”ya "Yaponçik” və "Ded” gəlmir
Ona yaxın olan kriminallar "Yaponçik” və "Ded Xasan”la barışıq üçün çağırılmış "oğru toplantısı”nda həbs edilir.
Qeyd edək ki, gəmidə çağırılmış "sxodka”ya "Yaponçik” və "Ded” gəlmir və bunun ardınca milis orada xüsusi əməliyyat keçirir. Bundan sonra "Taro”nun "Yaponçik”lə bərabər Aslan Usoyanla da münasibətləri düşmənçilik həddinədək kəskinləşir. Nəhayət, 2009-cu ildə Oniani də Rusiyada(o vaxta kimi artıq Rusiya vətəndaşı olan) hüquq-mühafizə orqanlarının əlinə keçir. Moskva rayon məhkəməsində Onianiyə qarşı biznesmen Conni Manaqadzeni girov götürüb 500 min dollar almaqla bağlı ittiham verilir. Vəkilləri onun şərti azadlığı üçün 15 milyon rubl təklif etsələr də onu həbsdən buraxmırlar. Məlumatlara görə, Gürcüstanda kriminala müharibə elan edən, "mən qanuni oğruyam” ifadəsinə görə cinayət məsuliyyəti nəzərdə tutan qanunu imzalayan Mixail Saakaşvili də Onianin həbsində maraqlı olub. Onianin məhkəməyə ilk çıxışında dediyi sözlər diqqət çəkir. O, hakimlərə üzünü tutaraq "burda böyük kimdir?” soruşub.
"Qanuni oğru”ların hökmü: "Taro”nu vurun!
"Matrosskaya tişina”da saxlanılan Oniani barədə 36 "qanuni oğru”nun ("Yaponçik”,"Ded Xasan", Laşa Rustavski, "Şakro Molodoy” və sair) imzası ilə məktub hazırlanır və "onu vurun” fitvası verilir. Rəsmi məlumatlara inansaq, bu məktubu həbsxana nəzarətçiləri ələ keçirib. Bu məktub "Yaponçik”ə sui-qəsddən sonra Rusiya KİV-lərində tirajlanıb. Bundan sonra başda "Ded Xasan” olmaqla "Yaponçik”ə sui-qəsdə əsas fiqurant kimi Kutaisi qruplaşmasının və onun rəhbəri Onianin adı hallanır. Bir müddət sonra zəhərli olduğu deyilə güllədən yaralanan "Yaponçik” vəfat edir. Oniani isə məhkəmənin qərarı ilə 10 il azadlıqdan məhrum edilir.
2010-cu ilin sentyabrında "Ded Xasan”a da sui-qəsd edilir. Bu işində əsas fiqurantı kimi yenə Onianin adı çəkilir. Oniani bu dəfə vəkili vasitəsilə xəbər göndərir ki, "ded”ə olan sui-qəsdə onun əli yoxdur. Oniani cəzasını çəkmək üçün Kemerovodakı həbsxanaya köçürülür. 2011-ci ilin mart ayında İspaniya hökumətinin xahişi ilə Oniani bu ölkəyə ekstradisiya olunur. Aprel aylında isə onun yenidən Rusiya həbsxanasına qaytarıldığı elan olunur. Onun İspaniya hökuməti ilə hansı problemlərinin əsl səbəbləri dəqiq bilinməsə də Oniani bu ölkədə "dinc oturmadığı” məlumdur. O da məlumdur ki, İspaniyada olduğu müddətdə Oniani polisə ifadə verməkdən imtina edib.

Загрузка...
Загрузка...

Xəbər lenti