Xətainin icra başçısı Küpəgirən qarını niyə xoşlamadığını açıqladı

Xətainin icra başçısı Küpəgirən qarını niyə xoşlamadığını açıqladı
Загрузка...
 Bakının Xətai rayonunda, Qaçaq Nəbi küçəsində yerləşən "Urfa” türk restoranının qarşısında qoyulmuş rus nağıl qəhrəmanlarının heykəllərinin sökülməsinə dair göstəriş verən icra başçısı Razim Məmmədov bu göstərişinin səbəbini açıqlayıb. İcra Hakimiyyətinin rəsmi saytında yer alan məlumatda deyilir ki, Razim Məmmədov rayon sakinləri ilə səyyar görüş keçirib, onları narahat edən məsələləri müzakirə edib. Və sakinlər ona nizamsız küçə ticarəti və gediş-gəlişə mane olan obyektlər barədə danışıblar.
" Sakinlərin narazılığına səbəb olan daha bir ünvan Qaçaq Nəbi küçəsində "Urfa” türk restoranının qarşısında qanunsuz olaraq yerləşdirilmiş rus nağıl qəhrəmanlarının, o cümlədən də mənfi obrazların (Baba Yaqa-Küpəgirən qarı, Kaşşey bessmertniy-Ölməz Kaşşey və s.) hekəlləri olub. Türk restoranı ilə rus nağıl qəhrəmanlarının nə əlaqəsi?! Yaxud yenə də həmin küçədə "Rolls Roz” restoranının qanunsuz reklam yerləşdirməsi azmış kimi, üstəlik səkini zəbt edib, dəmir dirək və zəncirdən istifadə edərək yaratdığı süni maneələrlə insanların gediş-gəlişinə ciddi maneə yaradılıb»-İcra Hakimiyyəti bildirir.





Foto İlkin Muradov




Загрузка...
Загрузка...

Xəbər lenti