Xanım icra başçısının qoçuları tərəfindən döyüldüyünü deyən Qarabağ qazisi ilginc video yaydı Xanım icra başçısının qoçuları tərəfindən döyüldüyünü deyən Qarabağ qazisi ilginc video yaydı

Xanım icra başçısının qoçuları tərəfindən döyüldüyünü deyən Qarabağ qazisi ilginc video yaydı
Загрузка...
Abşeron rayonunun Fatmayı qəsəbəsində pul vermədiyi üçün icra başçısının qöçuları tərəfindən döyülüb qanına qəltan edəildiyini deyən Qarabağ qazisi sözünü geri götürüb. Bir neçə gün əvvəl Abşeron rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın qoçuları tərəfindən döyülən və üzləşdiyi qanunsuzluğa etiraz olaraq tikdiyi evə od vurub yandıran Fuad Əkbərov sosial şəbəkələrdə video-müraciət yayaraq əksinə onun problemini yayanları məhkəmə ilə hədələyib:
• Xanım icra başçısının Qarabağ qazisini qanına qəltan edən qoçuları

"Mənə olan haqsızlıqlara görə prezident İlham Əliyevə və İradə Gülməmmədovaya müraciət etdim. Müraciətinmə dərhal cavab verdilər və mənə olan haqsızlıqları araşdırdılar. Bu halımdan istifadə edən bəzi qüvvələrə isə deyirəm ki, dövlətimi sevən adamam, əks halda bu insanları məhkəməyə verəcəm''.
F.Əkbərovun evini yandırmamışdan əvvəl dedikləri: ''Başda Baba adlı şəxs olmaqla polisin gözləri qarşısında məni bu hala saldılar. Bu ona görə baş verdi ki, razılaşmalısan. Əlimdə dövlətin verdiyi kupça var, amma pul tələb edirlər. Onlara əhəmiyyət vermədim deyə məni döyüb evi dağıtdılar. Etirazımı necə edə bilərəm? Bu mənim mənzilimdi, bunu benzin tökərək yandıra bilərəm. Mən belə quruluşa yox deyirəm. Mən korrupsiyaya yox deyirəm. Mən 214 manat pensiya alıram. Bunu necə sizə verə bilərəm. Amma İradə Gülməmmədovanın qocuları istəyir. Cənab prezident, üç gün ərzində səsimə səs verməsəniz özümü qaz borusundan asacam. Mən korrupsiyaya yox deyirəm. 214 manat dövlətdən pensiya alıram, bunu da İradə Gülməmmədovanın qoçularına verməliyəm?''.  
F.Əkbərov ''kanal13''ün kamerasına bu sözləri dedikdən sonra evinə od vurmuşdu. Lakin Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidməti F.Əkbərova fiziki təzyiq göstərilməsini, eyni zamanda söküntü aparılmasını təkzib etmişdi, əksinə onun özünün barəsində Abşeron rayon prokurorluğunda cinayət işi başlanıldığı diqqətə çatdırmışdı.   
Загрузка...
Загрузка...

Xəbər lenti