“Vor zakon”lar İlqar Əliyev və Cavid Məmmədov Kiyevdən belə deportasiya edildi “Vor zakon”lar İlqar Əliyev və Cavid Məmmədov Kiyevdən belə deportasiya edildi

“Vor zakon”lar İlqar Əliyev və Cavid Məmmədov Kiyevdən belə deportasiya edildi
Загрузка...
Ukrayna Xüsusi Xidmət Orqanları tərəfindən saxlanılan azərbaycanlı "qanuni oğru”lar – İlqar Əliyev (İlqar Dmaniskiy) və Cavid Məmmədov (Dato Ağcabədinskiy) mayın 5-də bu ölkədən deportasiya olunublar.
Virtualaz.org xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. Məlumata görə, avtoritetlər ayrı-ayrı vaxtlarda saxlanılıblar. Dəfələrlə məhkumluq həyatı yaşayan, altı il öncə Yunanıstanda "taclandırılan” "Dato Ağcabədinskiy”şənbə günü Kiyevdə yaxalanaraq ölkədən çıxarılıb.
 
Milli Polisin rəhbəri Andrey Krişenkonun sözlərinə görə, hüquq mühafizə orqanları "Dato Ağcabədinskiy”nin sərhədi qanunsuz keçməsini, Ukraynada öz təsirini gücləndirmək, həmçinin topdansatış bazarlara nəzarət etməyi planlaşdırdığını öyrəniblər. Nəticədə "Dato Ağcabədinskiy” 3 il müddətinə ölkədən deportasiya edilib. Digər azərbaycanlı "qanuni oğru” "İlqar Dmaniskiy" ləqəbli İlqar Əliyev də bu günlərdə Ukraynadan deportasiya edilib. Belə ki, İstanbul reysi ilə Ukraynaya gələn 40 yaşlı "qanuni oğru” Borispol hava limanında saxlanılaraq geri qaytarılıb.

 
 
"Son on gün ərzində bu, Ukraynadan çıxarılan üçüncü "qanuni oğrudur".
İlin əvvəlindən isə "Tenqo Piterskiy”, "Professor", "Qeqa Ozurqetskiy” və "Ramaz Bağdadskiy” ölkə hüdudlarından kənarlaşıdırılıb”- Milli Polisin rəhbəri bildirib. A.Krişenko hazırda ölkədə 20-30 nəfərə yaxın avtoritetin qaldığını, Ukraynaya girişə qoyulan qadağanın pozulması müqabilində ciddi cəza tətbiqinə təşəbbüs etmək niyyətində olduqlarını vurğulayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti