“Vor vne zakona” - Quliyə qarşı çıxan Əziz Batukayev kimdir?

“Vor vne zakona” - Quliyə qarşı çıxan Əziz Batukayev kimdir?
Загрузка...

Əzizin Batukayev həbsxanada həm təhlükəsizliyi, həm də əyləncə üçün döyüş itləri saxlayırmış, kolonun mühafizəsinə etibar etməyən Əzizin yanında "Kalaşnikov” avtomatı ilə gəzən mühafizəçilər olub...

Xüsusi xidmət orqanları yeni il ərəfəsində Moskvada azərbaycanlı avtoritet Nadir Səlifov və çeçen avtoritet Əziz Batukayev arasında təsir sahələrinin yenidən bölüşdürülməsinin qarşısını alıblar. Primecrime.ru saytının məlumatına görə, qarşıdurma Moskvanın üç bazarı üstündə yaranıb.

Dekabrın ortalarında Əziz adından hansısa çeçen bu bazarlardan əldə edilən gəliri yönləndirməyə çalışıb.

Onlar bazarlarda Qulinin adamlarının möhkəmləndiyinə məhəl qoymayıblar. Baş verənlər barədə Əzizin izahatını gözləməyən Quli özü ona zəng vurub. Çeçen avtoritet kobud tərzdə obyektlərin ona çatdığını bildirib. Nadir Səlifov cavabında söz verib ki, bunun mütləq qarşılığı olacaq. Sayt yazır ki, tərəflərin danışıq tonuna görə, barışıq real görünmür.

Buna da bax:  ''Lotu Quli'' ilə ''Çeçen Əziz'' qarşı-qarşıya - O, telefon zənginə kobud cavab verib ki...

Bəs, Əziz Batukayev kimdir? Musavat.com bu mövzuda əldə etdiyi maraqlı faktları təqdim edir. 

Cinayət aləmi hələ 1993-cü ildə Moskvada "qanuni oğru” adı alan Əzizin tacını tanımayıb. İddialar var ki, "samozvanets”i cəzalandırmaq üçün dövrün ən tanınmış kriminal generalları - "Dato Taşkentski” və "Yaponçik” onunla görüşüblər də. Amma fakt faktlığında qalır ki, o, son illərədək Qırğızıstanda yeganə "qanuni oğru” hesab edilib. Əziz başına topladığı adamlara da "qanuni oğru” ideyası ilə yaşamağı deyil, "blatnoy” - "yaxşı oğlan” olmağı tövsiyə edib. Məhz bu səbəbdən onu bəzi hallarda "vor vne zakona” da adlandırırlar. Onun haqqında "Çuy Al Kaponesi”, "Mərkəzi Asiyanın smotryayuşisi” kimi epitetlər də işlənib.

Əziz Batukayev 1966-cı il, aprelin 30-da Qırğızıstanın Tokmak Çuy vilayətində doğulub. 1990-cı ildə rəhbərlik etdiyi klan əsasən narkoticarət, reket və sifarişli qətllər həyata keçirib. Çuy vilayətinin cənubuna tam nəzarət edən Əzizin özünü İssık-Kulun ağası sayan Rıspek Akmatbayevlə konflikti yaranıb və bu, onların ikisinin də taleyini dəyişən qatı düşmənçiliyə çevrilib.

Əzizin böyük qardaşı, klanın əsas üzvlərindən olan Alaudin 2002-ci ildə Tokmak qənd zavodunda güllələnir. Dəfn mərasimində Əzizin özünü də öldürmək istəyirlər, onun "Mercedes”i güllələrdən deşik-deşik olsa da özü salamat qala bilər, amma iki yaxın qohumunu itirir. 2003-cü ilin noyabrında onun yeznəsi Xavadji Zaurbekov da bu amansız düşmənçiliyin qurbanı olur.

Rıspek də bu müharibədə çox yaxın adamlarını itirir. Onun gənc yaxın qohumu gecə barından çıxarkən öldürülür. Sonra onun maşını əvvəl qumbaraatanla atəşə tutulur. O, daha bir sui-qəsddə yaralansa da aradan çıxa bilir. Nəhayət, qana-qan günü də yetişir və bu hadisə bütün kriminal aləmin diqqətini Əzizə yönəldir. Hələ də bir çox sirləri açılmayan həmin hadisənin təfərrüatlarını oxuculara təqdim edirik.

2005-ci il, oktyabr ayının 15-də Qırğızıstanın paytaxtı Bişkekdən 2 kilometr aralıda yerləşən Moldavanovkadakı həbsxanada qiyam baş verir. Dustaqlar həbsxana rəisinin məhbuslarla qəddar davranışına etiraz olaraq bunt edirlər. Bu hadisə ölkədə ciddi rezonans doğurur və bəzi həbsxana rəisləri işdən qovulur. Ölkə parlamentində müdafiə və hüquq-mühafizə orqanları ilə iş üzrə komitəyə rəhbərlik edən deputat Tınıçbek Akmatbayev oktyabrın 19-da qiyamdan sonrakı vəziyyətlə bağlı parlamentdə məruzə etmək üçün şəxsi mühafizəsi, köməkçiləri, prokurorluq əməkdaşı ilə 31 saylı həbsxanaya gedir. Onu Penitensiar Xidmətin rəisi İkmatulla Polatov da müşayiət edir. Həbsxana rəhbərliyi deputatın bu kolona getməməsi üçün müraciət etsə də komitə sədri inad edir. Deputatın nəyə görə 31 saylı həbsxanaya getmək israrı məlum idi. Çünki onun qardaşı Rısbekin qatı düşməni, narkotik alverinə görə tutulan Əziz məhz həmin həbsxanada cəza çəkirdi…

Oktyabrın 19-da səhər deputat və onu müşayiət edən 5 nəfərlə 31 saylı kolona gedirlər. Deputatın yanında olanlar və mühafizəçisi qanunlara zidd olaraq "zon”a silahla girir. Məlumata görə, deputat burada dustaqlarla sərt dildə danışır. Onlar kolonun çıxış qapısına gələrkən dustaqlarla dava düşür. Silahlı qarşıdurmada deputat və onun yanındakılar öldürülür, həbsxana rəisi isə ağır yaralanır.
Həbsxanada yenidən bunt qalxır. Xüsusi təyinatlılar həyəcan siqnalı ilə ayağa qaldırılsa da hücum olmur.

Ölkənin o zamankı baş naziri Feliks Kulov şəxsən həbsxanaya gedir və ölənlərin meyitinin verilməsi üçün 2 saatadək danışıqlar aparır. Nəhayət, 3 nəfərin meyiti və yaralı rəis təhvil verilir. Meyitlərə baxış keçirilərkən onların hamısının güllə yarasından öldüyü məlum olur. Ağır xəsarət alan Penitensiar Xidmətin rəisi də bir neçə gün sonra vəfat edir.
Qırğızıstan prezidentinin göstərişi ilə bu hadisə ilə bağlı araşdırma başlayır. 2006-cı ilin avqustunda Alamund Rayon Məhkəməsində aralarında Əzizin vətəndaş nikahında olan arvadı olmaqla ümumilikdə 38 nəfərin məhkəməsi keçirilir. Rısbek Akmatbayevin ciddi səylərinə baxmayaraq qardaşının qatilinin məhz Əziz olduğunu sübuta yetirmək mümkün olmur. Deputatın ölümünü həmin kolonda cəza çəkən "İyirmilik” ləqəbli çeçen - Rustam Abdulin öz üzərinə götürür.

Məhkəmə baş verənlərdə Əziz Batukayevi günahlandıraraq ona 16 il 8 ay 15 gün həbs cəzası verir. 2006-cı il, mayın 10-da Bişkekdəki məsciddən çıxanda Rısbek Akmatbayev də atəşə tutulur və bu dəfə əcəlin əlindən qurtula bilmir. Məlumatlar var ki, onun öldürülməsi təkcə Əzizin deyil, siyasi hakimiyyətin də marağında olub.

Əzizin həbsxana həyatı barədə də əfsanələr danışılır. Deyilənə görə, həbsxananın iki mərtəbəsində 16 otaqda yerləşən Əziz orada xanımı ilə birgə yaşayıb. Otaqlarda İçkeriyanın bayrağı və Aslan Məshədovla Şamil Basayevin portretləri asılıbmış. Batkuyevin mədəsində yara olduğu üçün həbsxananın həyətində üç inək və 15 keçi saxlayırlarmış ki, onun südü ilə özünü müalicə etsin. O, həbsxanada həm təhlükəsizliyi, həm də əyləncə üçün döyüş itləri saxlayırmış. Koloniyanın mühafizəsinə etibar etməyən Əzizin yanında "Kalaşnikov” avtomatı ilə gəzən mühafizəçilər olub.

Onun azadlığa buraxılması üçün xüsusilə Çeçenistan prezidenti Ramzan Kadırovun ciddi iş gördüyü deyilirdi. Rusdilli Qırğızıstan mətbuatı yazır ki, Əzizin azadlığı üçün o zamankı prezident Bakiyevə hətta rüşvət də təklif edilsə də o, ictimai qınaqdan çəkinərək bu addımı atmayıb. Mətbuat yazırdı ki, hakimiyyətin Əzizi xəstə adı ilə (onun leykoz və serrozdan əziyyət çəkdiyi deyilirdi) buraxılması sadəcə gülməli bəhanədir. 

2013-cü ilin martında onu azadlığa buraxanda həkimlərin deyirdi ki, Batukayev sayılı günləri qalıb. O vaxtdan  4 il keçib...

Загрузка...
Загрузка...

Xəbər lenti