Vərəm olduğun gizlədənlər məsuliyyətə cəlb olunacaqlar

Vərəm olduğun gizlədənlər məsuliyyətə cəlb olunacaqlar
Загрузка...
Azərbaycanda vərəm xəstəliyi ilə bağlı qeydiyyatdan yayınmaya görə məsuliyyətin müəyyənləşdirilməsi təklif olunur. Femida.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva çıxış edib.
O qeyd edib ki, vərəm xəstəliyinə yoluxan bəzi şəxslər rəsmi qeydiyyata düşmürlər, bu da fəsadlar yaradır: "Qohum-tanışdan utanaraq qeydiyyata düşmürlər, sağlamlıqlarına fikir vermirlər. Bununla bağlı məsuliyyət müəyyən etməliyik ki, həkimlər xəstələri rəsmi qeydiyyata saldırmadan müalicə etməsinlər. Xəstələr rəsmi qeydiyyata düşməlidirlər”.
Загрузка...
Загрузка...

Xəbər lenti